Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

BMU-dan QS reytinqində tarixi nailiyyət

Dünya universitetlərinin açıqlanan yeni reytinq siyahısında (QS World University Rankings 2027) mövqeyini daha da yaxşılaşdıran Bakı Mühəndislik Universiteti (BMU) növbəti mühüm uğura imza atıb.

AzEdu.az xəbər verir ki, ötən il siyahıda dünya üzrə ilk TOP 1000-ə daxil olan BMU bu il daha 31 pillə irəliləyərək 851-900 aralığında yer alıb. Universitet son iki ildə ümumilikdə bu nüfuzlu reytinq siyahısında 580 pillə irəliləməyə nail olub ki, bu da cari ilin noyabr ayında 10 yaşı tamam olacaq BMU üçün mühüm tarixi nailiyyətdir.

QS-in yeni qiymətləndirməsinin ayrı-ayrı indikatorları üzrə BMU ciddi irəliləyişlər əldə edib. Universitet işəgötürənlər arasında nüfuz indikatoru üzrə 23 pillə irəliləyərək 350-ci, tələbə-müəllim nisbəti göstəricisi üzrə 84 pillə irəliləyərək 458-ci yerə yüksəlib. Ən böyük irəliləyişlərdən biri beynəlxalq müəllim heyəti indikatoru üzrə qeydə alınıb. Bu göstəricidə BMU 175 pillə irəliləyib və 518-ci yerdə qərarlaşıb. Bunlarla yanaşı, beynəlxalq tədqiqat şəbəkəsi, məşğulluq və davamlı inkişaf indikatorlarında müəyyən irəliləyişlər müşahidə olunub.

Ümumilikdə 10 universitetimizin təmsil olunduğu reytinqdə BMU ölkə üzrə ən uğurlu nəticə göstərən universitetlərdən biridir.

BMU bu il, həmçinin digər reytinqlərdə ilkə imza atıb. QS dünya universitetlərinin 2026-cı il üzrə fənn reytinqində (QS World University Rankings by Subject 2026”) ilk dəfə təmsil olunan BMU 2 ixtisas kateqoriyasında önəmli nəticə nümayiş etdirib. “Neft-qaz mühəndisliyi” sahəsində yüksək nəticə (151-175 aralığı) göstərən universitet, eyni zamanda "İqtisadiyyat və ekonometrika” üzrə fənn reytinqində (551-700 aralığı) uğurlu mövqe əldə edib. Qeyd edək ki, “Neft-qaz mühəndisliyi” sahəsi üzrə BMU ölkə universitetləri arasında 3-cü yerdə dayanır.

BMU bu il QS-in Avropanın ən yaxşı universitetlərinin yeni reytinqində isə 96 pillə irəliləyərək ilk 400-lükdə, Qərbi Asiya Universitetləri Reytinqində isə region üzrə 23-cü mövqedə yer alıb.

QS reytinqinin nəticələri ölkənin ali təhsil sistemində həyata keçirilən islahatların mühüm göstəricilərindən biri olmaqla yanaşı, BMU-nun beynəlmiləlləşmə, elmi fəaliyyət, sənaye əməkdaşlığı və innovasiya istiqamətlərində həyata keçirdiyi tədbirlərin beynəlxalq səviyyədə müsbət qiymətləndirildiyini nümayiş etdirir. Son illərdə universitetdə bu istiqamətlərdə sistemli işlər görülüb. Sənaye və özəl sektorla əməkdaşlığın inkişafı məzunların məşğulluq imkanlarının artırılmasına və əmək bazarına inteqrasiyasının gücləndirilməsinə şərait yaradıb. Əməkdaşların beynəlxalq elmmetrik bazalara çıxış imkanlarının genişləndirilməsi və elmi fəaliyyətin təşviqi nəticəsində elmi məhsuldarlığın həm kəmiyyət, həm də keyfiyyət göstəricilərində müsbət dinamika müşahidə olunub. Müasir tədqiqat infrastrukturunun yaradılması və innovativ fəaliyyətin dəstəklənməsi universitetdə elmi mühitin daha da inkişafına töhfə verib.

Son dövrdə BMU-nun beynəlmiləlləşmə göstəricilərində də əhəmiyyətli irəliləyiş qeydə alınıb. Universitetdə təhsil alan əcnəbi tələbələrin sayı artıb, onların təmsil olunduğu ölkələrin sayı 40-a çatıb. Nufuzlu xarici universitetlərlə ikili diplom proqramlarının genişləndirilməsi və 6 ixtisas üzrə beynəlxalq akkreditasiyaların əldə edilməsi təhsil müəssisəsinin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edib.

Həyata keçirilən bu kompleks tədbirlər BMU-nun QS reytinq göstəricilərinin yaxşılaşmasında və beynəlxalq rəqabət qabiliyyətinin yüksəlməsində mühüm rol oynayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər