Xəbər lentiwidget-title-icon

QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb

"Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır" - AÇIQLAMA

Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin saytlarından müəllimlərin şəkilləri çıxarılıb. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məktəblərə göstəriş verilib.

Məlum olub ki, müəllimlərin şəkillərinin məktəb saytlarından çıxarılmasına təhsil işçilərinin nüfuzunu aşağılamağa yönəlmiş addımlar səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirdi ki, belə hallar baş verdiyi təqdirdə, buna qarşı görüləcək tədbirlər fərqli olmalıdır:

"Yəni müəllimlərin şəkillərini müxtəlif saytlardan götürərək onları şantaj edənlər və ya müəllim nüfuzuna xələl gətirəcək addımlar atanlarla bağlı tədbirlər görülməlidir. Lakin buna görə müəllimlərin şəkillərinin saytlardan çıxarılması, yaxud təhsil müəssisələrinin sosial platformalarında müəllimlərlə bağlı paylaşımların silinməsi və ya məhdudlaşdırılması uyğun yanaşma hesab olunmamalıdır. Çünki əgər təhsil müəssisəsinin rəsmi internet səhifəsində və ya sosial platformalarında müəllimin fəaliyyəti ilə bağlı, şagirdlərə tövsiyə xarakterli çıxışları, müsbət fəaliyyəti əks etdirən videolar varsa və ya müəllimin şagirdlərlə birlikdə iştirak etdiyi ekskursiya və digər tədbirlərdən görüntülər paylaşılırsa, bunların qeyd olunan hallara görə silinməsi və ya çıxarılması doğru yanaşma deyil".

Müsahibimiz qeyd etdi ki, belə hallarla bağlı müəyyən tədbirlər görülməlidir:

"Hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır və bu istiqamətdə lazımi addımlar atılmalıdır. Həmin şəxslər istintaqa cəlb olunmalıdır. Bu, ayrı bir məsələdir. Həm məktəb rəhbərliyi, həm də müəllimlər hüquq-mühafizə orqanlarına birbaşa müraciət etməli və öz hüquqlarını müdafiə etməlidirlər. Amma belə hadisələrin qarşısını almaq məqsədilə orta ümumtəhsil məktəblərinin rəsmi internet səhifələrində və ya sosial platformalarında müəllimlərə aid şəkillərin, fəaliyyətlərin və digər paylaşımların tamamilə yığışdırılması, ləğv edilməsi və ya silinməsi optimal variant deyil. Bu, problemin səbəbini aradan qaldıran bir üsul hesab oluna bilməz".

Ekspertin fikrincə, belə bir yanaşma müəllim fəaliyyətinin məhdudlaşdırılması kimi də qiymətləndirilə bilər:

"Məsələn, əgər bir neçə müəllim şantaja məruz qalıbsa, nəticədə bütün müəllimlərin bundan zərər görməsi düzgün olmazdı. Ona görə də düşünürəm ki, bu istiqamətdə atılan addım doğru addım deyil. Burada əsas görülməli iş hüquq-mühafizə orqanlarına müraciət olunması və məsələnin onlar tərəfindən hüquqi müstəvidə qiymətləndirilməsidir".

Oxşar xəbərlər

Bütün xəbərlər