Xəbər lentiwidget-title-icon

“Biz bacardıq!” – Naxçıvan voleybolçularının böyük qələbə hekayəsi
İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti birgə qrant layihələrində iştirak edir
BDU-nun Hüquq Klinikası “Açıq qapı” günü elan edir
Gələcəyin mühəndisləri Qarabağ universitetində yetişir
Bu məktəblərdə 1-ci sinfə qəbul müsabiqə ilə aparılacaq (RƏSMİ)
"Bu müəllimlərə xüsusi status, həm də yüksək maaş verilməlidir" - İlqar Orucov
Elxan Nəcəfov: İlk gündə müəllimlərin 93 faizi uğur qazanıb
Nurlan İsmayılbəyli: İmtahanlarda yüksək nəticə və davamiyyət qeydə alınıb
Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU
Leyla və Arzu Əliyevalar Beynəlxalq Xalça Festivalında
Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izlədi - FOTO
Bu gün Bakıda keçirilmiş Marafonda ADNSU rektoru və BSU rektoru da iştirak ediblər - FOTOLAR
Müasir Təhsildə İnnovativ Müəllim Modeli – Paşayeva Nigar Tamerlan qızının pedaqoji fəaliyyəti
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK
Bu gün 9 və 11-ci siniflərin imtahan GÜNÜDÜR
Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili əsas məqsədimizdir - Araz Paşayev
Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
Aprelin 5-də keçirilən buraxılış imtahanının NƏTİCƏLƏRİ elan olundu
Səkkiz şagird 300 bal topladı - 7-si QIZDIR
Elm və təhsil sahəsində media və kommunikasiya üzrə ixtisaslaşmaq istəyən tələbə və məzunlar üçün FÜRSƏT
TKTA saxta diplomlarla bağlı müraciət etdi
Naxçıvanda ikinci dövriyyə üzrə sertifikatlaşdırma imtahanları başlayır
Magistraturaya qəbul imtahanında bu dəyişikliklər TƏKLİF OLUNUR
AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq imzalanıb

“Biz bacardıq!” – Naxçıvan voleybolçularının böyük qələbə hekayəsi

“Biz bacardıq!” – Naxçıvan voleybolçularının böyük qələbə hekayəsi

Bəzən bir qələbənin arxasında sadəcə xal yox, aylarla çəkilən əziyyət, saysız-hesabsız məşqlər və sarsılmayan inam dayanır.

Bakı şəhərində keçirilən voleybol üzrə Azərbaycan birinciliyində Naxçıvan təmsilçilərinin qazandığı uğur da məhz belə bir hekayənin nəticəsidir. Bu hekayə təkcə idman nailiyyəti deyil, eyni zamanda inamın, birliyin və zəhmətin hekayəsidir.

“Azərbaycan müəllimi” bu hekayənin qəhrəmanları ilə həmsöhbət olub.

Məlumat üçün bildirək ki, 14-18 yaşadək oğlanlardan ibarət “Naxçıvan” komandası yarış boyu nümayiş etdirdiyi əzmkar oyunla bütün rəqiblərini geridə qoyaraq çempionluğa yüksəlib. Qızlardan ibarət “Möminə xatun” komandası isə müxtəlif yaş qruplarında uğurlu çıxış edərək bürünc medallarla Naxçıvana qayıdıb.

Bu hekayənin qəhrəmanlarından biri “Möminə xatun” komandasının hücumçusu olan Fatimə Mirzəyevadır. O, Naxçıvanda doğulsa da, hazırda Bakıda təhsil alır və artıq beynəlxalq arenalarda da təcrübə qazanıb. Gürcüstanda keçirilən EEVZA yarışında və İspaniyada təşkil olunan U-18 Avropa çempionatında milli komandanın üzvü kimi çıxış edən Fatimə üçün hər yarış yeni bir pillədir. Deyir ki, sonuncu yarışda, əslində, məqsədləri çempionluq olub, amma yenə də oradan əliboş qayıtmayıblar:

“Qazandığımız üçün özümü çox qürurlu və xoşbəxt hiss etdim. Çəkdiyimiz əziyyətlərin qarşılığını almaq inanılmaz bir hissdir. Ən çətin anlar hesabın bərabər olduğu məqamlar idi – o anlarda diqqəti qorumaq həm çətin, həm də çox həyəcanlı olur. Amma biz uzun müddət davamlı məşq etmişdik. Bu uğur bir neçə günün yox, ayların zəhmətinin nəticəsidir. Komandamızda güclü birlik var – bir-birimizi dəstəkləyirik və bu, oyunda açıq şəkildə hiss olunur. Bu qələbəni ailəmə, komandama və məşqçimə həsr edirəm. Gələcəkdə daha böyük yarışlarda ölkəmi layiqincə təmsil etmək istəyirəm”.

Fatimə deyir ki, son xal qazanılan an ağlından keçən ilk fikir bu oldu: "Biz bacardıq".

Oğlanlardan ibarət “Naxçıvan” komandasının 14 yaşlı üzvü olan Əhməd Məmmədli Babək rayonunun Badaşqan kəndində doğulub. İki ildir voleybola başlasa da, peşəkar voleybol məşqləri sayəsində qısa zamanda üstün oyun bacarıqlarına yiyələnib. O, ölkəmizdə və Avropada keçiriləcək mötəbər yarışlarda milli komandanın üzvü olaraq da doğma Azərbaycanımızı qürurla təmsil edir.

Sonuncu yarışda birinciliklə Naxçıvana qayıdan gənc voleybolçu bu uğurun arxasında həm idman, həm də həyat dərslərinin dayandığını deyir. O, məktəbli olsa da, artıq intizamın əsl mənasını anlayır: “Dərslərimlə idmanı bir səviyyədə tutmağa çalışıram. Çünki intizam həm meydançada, həm də parta arxasında eyni dərəcədə vacibdir. Bu medal sadəcə metal parçası deyil – aylarla tökdüyümüz tərin, yorğunluğun və fədakarlığın rəmzidir. Boynumdan asıldığı an böyük qürur hiss etdim. Finalın son setində hesab bərabərləşəndə gərginlik zirvəyə çatmışdı. Amma komanda yoldaşlarımın gözündəki inam qorxumu aradan qaldırdı”.

Əhməd deyir ki, uğur birdən-birə olmayıb: “Təxminən üç ay ərzində intensiv məşq etdik – həftədə üç gün səhər-axşam çalışırdıq. Voleybol komanda oyunudur. Əgər top yerə düşmürsə, bu, hamımızın birgə əməyidir. Bu qələbənin 70 faizi bizim dostluğumuz və birliyimizdir. Gələcəkdə məqsədim Azərbaycan bayrağını beynəlxalq yarışlarda dalğalandırmaqdır”.

Gənclərə isə sözü var: “Heç vaxt bacarmıram deməsinlər, səbir və zəhmət mütləq nəticə verir”.

Bu uğurun arxasında dayanan əsas qüvvələrdən biri də həm “Möminə xatun”, həm də “Naxçıvan” komandasının baş məşqçisi Səməd Əkbəridir. O, son illərdə Naxçıvanda voleybolun inkişafına mühüm töhfələr verib və artıq bu zəhmətin nəticələri görünməkdədir: “2023-cü ilin dekabrından komandaya rəhbərlik edirəm. Bu müddətdə müxtəlif yaş qruplarında mühüm nəticələr əldə etmişik. Naxçıvan komandaları əvvəllər Azərbaycan çempionu olmamışdı – biz bir ilki bacardıq. Son üç ildə iki dəfə Azərbaycan çempionu olduq. Yarışa hazırlıq prosesi çox məsuliyyətli və çətin idi. Oyunçularla həm komanda, həm də fərdi şəkildə işləyirdik, hər oyunu analiz edirdik. Rəqiblərin zəif tərəflərini müəyyənləşdirib oyun planı qururduq”. Qələbələrin əsas sirrinə gəlincə, baş məşqçi deyir ki, düzgün məşq proqramı, analiz və komanda birliyi əsasdır: “Bu gün gənc voleybolçular üçün çox yaxşı şərait yaradılıb. Həm avadanlıq, həm də məşqçi heyəti baxımından hər şey peşəkar səviyyədədir. İnanıram ki, bu uğurlar davamlı olacaq”.

Bu hekayə bir daha göstərir ki, uğur təsadüf deyil. O, planlı zəhmətin, düzgün istiqamətin və ən əsası, inamın nəticəsidir. Naxçıvan voleybolçularının qazandığı bu qələbə isə gələcək uğurların yalnız başlanğıcıdır.

Oxşar xəbərlər

Bütün xəbərlər