Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

Müasir Təhsildə İnnovativ Müəllim Modeli – Paşayeva Nigar Tamerlan qızının pedaqoji fəaliyyəti

Təhsil cəmiyyətin inkişafında mühüm rol oynayan əsas sahələrdən biridir. Bu sahədə uğur qazanmaq üçün müəllim yalnız bilik ötürən deyil, həm də şagirdlərin inkişafına istiqamət verən, onları gələcəyə hazırlayan bir rəhbər olmalıdır. Uzun illərdir pedaqoji fəaliyyəti ilə seçilən Paşayeva Nigar Tamerlan qızı da öz peşəsinə sevgi və məsuliyyətlə yanaşan müəllimlərdəndir. Paşayeva Nigar Tamerlan qızı 1980-ci il 9 fevral tarixində Bakı şəhərində anadan olmuşdur.

1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecinin İbtidai sinif müəllimliyi fakültəsini bitirmişdir. Həmin ildən etibarən Bakı şəhəri A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamış və artıq 28 ildir ki, şagirdlərin təlim-tərbiyəsi ilə məşğuldur. Peşə fəaliyyətində daim yeniliklərə açıq olan müəllim 2022-ci ildə keçirilən sertifikasiya imtahanında 45 bal toplayaraq uğur qazanmışdır. Bu nəticə onun peşəkar bilik və bacarıqlarının göstəricisidir.

Nigar müəllimə fəaliyyət göstərdiyi illər ərzində müxtəlif təlimlərdə, konfranslarda və layihələrdə fəal iştirak etmişdir. O, müəllim kimi yalnız dərs prosesi ilə kifayətlənməyərək, daim öz üzərində çalışmış, müasir tədris metodlarını mənimsəməyə xüsusi önəm vermişdir. 2023-cü ildə keçirilən Beynəlxalq SAF-STEAM Azərbaycan Festivalında “Engineers of Future” kateqoriyası üzrə mentorluq etdiyi komandanın II yerə layiq görülməsi onun şagirdlərlə uğurlu fəaliyyətinin bariz nümunəsidir. Bu nailiyyət müəllimin innovativ düşüncəyə və yaradıcı yanaşmaya verdiyi önəmi göstərir. Bununla yanaşı, Azərbaycan Respublikası Təhsil İdarəsinin təşkil etdiyi “Biliyini paylaş” layihəsində mentor kimi fəaliyyət göstərərək öz təcrübəsini digər müəllimlərlə bölüşmüşdür.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi “Yeniləşən məktəb” layihəsinin iştirakçısı olması da onun təhsildə yeniliklərə daim maraq göstərdiyini sübut edir. Nigar Paşayeva həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsinin qalibi olmuşdur. Bu uğur onun təhsil sahəsində innovativ ideyalara sahib olduğunu və inkişaf yönümlü fəaliyyətini bir daha təsdiqləyir.

Bir neçə il ərzində eTwinning müəllimi kimi fəaliyyət göstərərək beynəlxalq təhsil layihələrində iştirak etmiş, şagirdlərin qlobal dünyagörüşünün formalaşmasına və innovativ təlim mühitinin yaradılmasına töhfə vermişdir. Bu fəaliyyət onun beynəlxalq əməkdaşlığa və müasir təhsil yanaşmalarına verdiyi önəmin göstəricisidir. Uzunillik pedaqoji fəaliyyəti, qazandığı uğurlar və təhsilin inkişafına verdiyi töhfələr Paşayeva Nigar Tamerlan qızını nümunəvi müəllimlərdən biri kimi xarakterizə edir. O, gələcəyin savadlı, vətənpərvər və yaradıcı düşünən şagirdlərinin yetişdirilməsi istiqamətində fəaliyyətini böyük məsuliyyət və sevgi ilə davam etdirir.

Oxşar xəbərlər

Bütün xəbərlər