Xəbər lentiwidget-title-icon

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub
Bratislavada Azərbaycan çempionu ilə sinxron şahmat turniri təşkil olunub
Ankarada rəqəmsal dünyada uşaqların müdafiəsi mövzusunda panel müzakirələri planlaşdırılır
DİM növbəti imtahanlar keçirdi - Doqquz nəfərdə telefon tutuldu
ADNSU-da keçirilən RFO-nun finalı başa çatıb
Şəkidə ali məktəblərə və kolleclərə qəbul imtahanları 6 mərkəzdə aparılıb
Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir
Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Fransada erasmus layihəsinə könüllü gənclər axtarılır
Naxçıvanda direktor müavini vəfat etdi naxcivanda-direktor-muavini-vefat-etdi
Bu gün 37 mindən çox şəxs imtahan verəcək
PMS üzrə imtahan keçiriləcək
Naxçıvanda XI siniflər üçün buraxılış imtahanı- FOTOLAR
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib
Sosial-emosional öyrənmənin şagird şəxsiyyətinin formalaşmasına təsiri - MƏQALƏ
“Məktəblərarası Pedaqoji Təcrübə Mübadiləsi” təşəbbüsünün ilk görüşü keçirilib
Mehriban Əliyeva Diplomatiya Forumunun panel iclasında - FOTOLAR
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
Məktəbəqədər təhsilin inkişafına həsr olunan beynəlxalq forum keçirilib
130 mindən çox abituriyent qeydiyyatdan keçib - rəqabətli ixtisas qrupu DƏYİŞDİ
BMU-da elmi-praktik seminar keçirilib
Bəzi valideynlər uşaqlarını həddindən artıq ərköyün böyüdür
Emin Əmrullayevdən “Neftçi”yə dəstək paylaşımı
Bağça müəllimləri üçün sertifikasiya qaydaları tezliklə ELAN EDİLƏCƏK
Şəmkirdə məktəbdə yanğın olub

Sinifdə də, səngərdə də qəhrəman müəllimlərimiz - FOTO

Sinifdə də, səngərdə də qəhrəman müəllimlərimiz - FOTO


Hər biri son dərsinə girdi, bu dərsin məkanı sinif deyildi amma. Son dərs kiçik məktəblilər üçün də qurulmamışdı. Əsrlərdir düşmənə çevrilən coğrafi qonşular üçün olan son dərsləri yaxşı yadda qalsın, sözlərini təbaşirlə yox, qanla yazdılar, qara taxta lövhəyə yox, məhz onların sayəsində qara səhifələrini al-əlvan bayram rənglərinə boyayan TARİXə qeyd etdilər... Üçrəngli bayrağı öz qanlarıyla vətən torpağına - Qarabağa çəkdi ŞƏHİD MÜƏLLİMLƏR

tehsilmedia.info xəbər verir ki, böyüməkdə olan nəsli millətinin tarixi keçmişi ilə bəsləyəcəkdilər, olmadı. Əvəzində tarixin qürurlu səhifələrində qanla yazılan 5 hərfli söz, qürurdan dağa dönən ürəklərə zirvə oldu hər biri! Şəhidlik zirvəsinin ŞƏHİD müəllimləri! Yeriniz cənnət, ruhunuz şad olsun. Bəlkə müəllim kimi hədəflərinizə nail olmadınız, ancaq əmin olun ki, qıpqırmızı qanınızla yazılmağında iştirak etdiyiniz Zəfər tarixinin hər səhifəsində, hər sətrində SİZ olacaqsınız!


Qələmi silahla əvəz etdi

Sinifdə də, səngərdə də qəhrəman müəllimlərimiz - FOTO


Əməliyyatların başlanması ilə əlindəki qələmi silahla əvəz edib. Əlindəki qələmlə son 30 illik tarixin üstündən qara bir xətt çəkib silahla yeni tarix yazmağa qərar verib. Budur, onun bu qərarının bəhrəsi - Zəfər Günü!

Rabil İsmayılov 1980-ci il fevralın 12-də Gəncə şəhərində anadan olub. 1987-1997-ci illərdə M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat” üzrə ali təhsil, 2002-2003-cü illərdə isə Gəncə Dövlət Universitetində “Riyaziyyat” üzrə magistr dərəcəsi alıb. Oxuduğu Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin müəllimi idi. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında 55 bal toplayaraq işə qəbul olunmuşdu.

Azərbaycan Ordusunun leytenantı olan Rabil İsmayılov ikinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Rabil İsmayılov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


Şəhid məktəb direktoru

Sinifdə də, səngərdə də qəhrəman müəllimlərimiz - FOTO


Elvin İmaməliyev Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru idi, Şuşa şəhidlərindən oldu.

1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1995-2006-cı illərdə S.Əliyev adına Qırılı kənd tam orta məktəbində, 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetində (ADU) “Xarici dil müəllimliyi” (fransız dili) ixtisası üzrə təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən orta təhsil aldığı Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlayıb. 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqəsinə qatılıb və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbinə direktor təyin edilib. Rayonun ən gənc məktəb direktoru olaraq tanınıb, indi yüksək vəzifəli şəhid kimi bilinir.

İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elvin İmaməliyev qələbəyə çox az qalmış, noyabrın 9-da Şuşa uğrunda döyüşdə şəhid olub.

Şəhid Elvin İmaməliyev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Müəllim idi, tələbə olacaqdı

Sinifdə də, səngərdə də qəhrəman müəllimlərimiz - FOTO


Sabirabad rayonunun Qəzli kəndində doğulub böyüyüb, 2 bacının tək qardaşı, 3 bacıdan birinin nişanlısı, ata-anasının tək oğlu, onlarla şagirdin informatika müəllimi Elxan Rzayev. Qaraqaşlı kənd tam orta məktəbində müəllimliyə başlayalı cəmi 3 il olmuşdu.

2020-ci ildə ali məktəblərə keçirilən imtahanların nəticələrinə görə, Sumqayıt Dövlət Universitetinin tələbəsi adını qazanmışdı. “İnformasiya və kompüter texnikası” ixtisası üzrə bakalavr səviyyəsində qiyabi təhsilə başlayacaqdı ki, Vətən müharibəsi başladı. Cəbrayıl istiqamətində gedən döyüşlərdə bir dəfə yaralanıb, amma müalicə alıb yenidən cəbhəyə qayıdıb. Noyabrın 1-də Qubadlı döyüşlərində aldığı növbəti yara ilə şəhidliyə yüksəlib.

Qəhrəman müəllim Elxan Rzayev ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Müəllimlikdən şəhidliyə ucaldı

Sinifdə də, səngərdə də qəhrəman müəllimlərimiz - FOTO


Xalid Nəciyev 1992-ci il iyulun 3-də Saatlı şəhərində anadan olub. 1998-2009-cu illərdə Səməd Vurğun adına 1 nömrəli Saatlı şəhər tam orta məktəbdə orta, 2009-2013-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) “Tarix-coğrafiya” ixtisası üzrə bakalavr təhsil alıb. 2017-2018-ci illərdə tarix və coğrafiya müəllimi olub. 2017-ci ildən Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) Saatlı və Sabirabad üzrə ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.

Xalid Nəciyev 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun leytenantı Xalid Nəciyev 2020-ci il sentyabrın 27-dən İkinci Qarabağ müharibəsi iştirakçısı olub və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Nəciyev noyabrın 5-də ağır döyüşlər zamanı Səfiyan istiqamətində şəhid olub. Saatlı şəhərində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Məktəbdən döyüş meydanına

Sinifdə də, səngərdə də qəhrəman müəllimlərimiz - FOTO


Hər iki ünvan ona yaraşıb. Hər iki vəzifə onun adında birləşib vahidləşib. Bu iki vəzifəni birləşdirən onun vətənpərvərliyi, vətənə sevgisi olub. Bu da qəhrəman müəllim Rəvan Ömür oğlu Lətifovun hekayəsidir.

29 yaşlı təhsil işçisi Oğuz rayonunun Xaçmaz kəndində doğulub. Kənddəki V.İbrahimov adına tam orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsilin təşkili və idarə olunması ixtisasına yiyələnib. Naxçıvanda Tank əleyhinə batareyada hərbi xidmət keçdikdən sonra Ə.Abdulhüseyn adına Şirvan kənd tam orta məktəbində işə başlayıb, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində.

Vətən müharibəsi başlayanda Sincan kənd tam orta məktəbində təşkilatçı müavin idi. Sentyabrın 29-da Vətən müharibəsində iştirak etmək üçün çağırış vərəqəsi alıb və məktəbi döyüş meydanı ilə əvəz edib. Qısa döyüş yolu Şuşaya qədər gedib çıxıb. Şuşa uğrunda da döyüşüb və qəhrəmancasına şəhid olub.

Şəhadət xəbərini ailəsi noyabrın 16-da alıb və o, Xaçmaz kəndindəki “Şəhidlər xiyabanı”nda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidlik arzusu idi

Sinifdə də, səngərdə də qəhrəman müəllimlərimiz - FOTO


23 il müəllim işləyəndən sonra döyüşçü kimi şəhid olmaq da varmış qədərində Lənkəran şəhərindəki S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbin müəllimi Ehtiram Hüseynlinin.

O, 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. Müəllimlik etdiyi məktəbdə oxuyub özü də. 1994-1998-ci illərdə N.Tusi adına Azərbaycan Pedaqoji İnstitutunda ilkin hərbi və fiziki təlim fakültəsində təhsil alıb.

2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ müharibəsində tabor komandiri vəzifəsində döyüşlərə qatılıb. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, düşmənə sarsıdıcı zərbələr endirib və xeyli sayda canlı qüvvəsini məhv edib. Oktyabrın 21-də Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid müəllimimizin nəşi oktyabrın 24-də doğulduğu Lənkəran şəhərinə gətirilərək Kiçik bazar qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Masazırda müəllim, Şuşada şəhid oldu

Sinifdə də, səngərdə də qəhrəman müəllimlərimiz - FOTO


Qoşqar Ömərov Kürdəmirdə doğulub, Abşeron rayonunun Masazır kəndindəki ən müasir məktəblərdən birində, 5 nömrəli tam orta məktəbdə şagirdlərinə hesablama elmini öyrənməkdə bələdçilik edib. Sentyabrın axırına kimi o bir müəllim idi şagirdlərinin gözündə. Sonra müharibəyə çağırılıb və döyüşə-döyüşə Şuşanın Daşaltı kəndinə gedib çıxıb. Noyabrın 5-də şəhidlik zirvəsinə yüksələnədək davam edən ömrü qısa olsa da, məqsədi böyük olan döyüş yolunu da məharətlə 26 illik ömrünə sığdırıb.

2018-ci ildən müəllim idi. Müəllimlərin işə qəbulu müsabiqəsində 57 bal toplayaraq riyaziyyat müəllimi kimi sinfə girmək hüququ əldə etmişdi. Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr, Memarlıq və İnşaat Universitetində isə magistr olmuşdu. Doktorantura təhsili də alacaqdı.

Amma vətənin çağırışına qoşulub. Sentyabrın 27-dən Füzuli cəbhəsindən müharibəyə qatılıb, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilib. Bir sıra yüksəkliklər uğrunda döyüşlərdə iştirak edib, noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə həlak olana qədər.

Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Tarix yazdı tarix müəllimi

Sinifdə də, səngərdə də qəhrəman müəllimlərimiz - FOTO


Karyerasına müəllim kimi başlayıb ehtiyatda olan zabit kimi davam edən və sinifdən səngərə uzanan yolunu şəhadətilə taclandıran daha bir qəhrəman müəllim Famil Əhmədzadədir.

O, 1997-ci ildə Dövlət İdarəçilik Akademiyasını qırmızı diplomla bitirib. Elə o vaxtdan İsmayıllı rayon E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə tarix müəllimi idi. Fəaliyyətinin ilk günlərindən şagirdlərinin və müəllim kollektivinin rəğbətini qazanıb. Qısa zamanda rayonun tanınmış simasına çevirilib, rayon tədbirlərini idarə edib. Son vəzifəsi Vətən müharibəsi könüllüsü olub. 2020-ci ildə səfərbərlik elan olunanda bir çox könüllü kimi ehtiyyatda olan baş leytenantın da müraciəti dəyərləndirilib və Famil Əhmədzadə döyüşlərə cəlb edilib. Azərbaycan Ordusunun minlərlə könüllü döyüşçüsündən biri olaraq cəbhəyə yollanıb və orada da öz sözünü deyib. Oktyabr ayının 14-də Talış və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.



Ruhiyyə DAŞSALAHLI

Oxşar xəbərlər


Bütün xəbərlər

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub
Bratislavada Azərbaycan çempionu ilə sinxron şahmat turniri təşkil olunub
Ankarada rəqəmsal dünyada uşaqların müdafiəsi mövzusunda panel müzakirələri planlaşdırılır
DİM növbəti imtahanlar keçirdi - Doqquz nəfərdə telefon tutuldu
ADNSU-da keçirilən RFO-nun finalı başa çatıb
Şəkidə ali məktəblərə və kolleclərə qəbul imtahanları 6 mərkəzdə aparılıb
Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir
Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Fransada erasmus layihəsinə könüllü gənclər axtarılır
Naxçıvanda direktor müavini vəfat etdi naxcivanda-direktor-muavini-vefat-etdi
Bu gün 37 mindən çox şəxs imtahan verəcək
PMS üzrə imtahan keçiriləcək
Naxçıvanda XI siniflər üçün buraxılış imtahanı- FOTOLAR
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib
Sosial-emosional öyrənmənin şagird şəxsiyyətinin formalaşmasına təsiri - MƏQALƏ
“Məktəblərarası Pedaqoji Təcrübə Mübadiləsi” təşəbbüsünün ilk görüşü keçirilib
Mehriban Əliyeva Diplomatiya Forumunun panel iclasında - FOTOLAR
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
Məktəbəqədər təhsilin inkişafına həsr olunan beynəlxalq forum keçirilib
130 mindən çox abituriyent qeydiyyatdan keçib - rəqabətli ixtisas qrupu DƏYİŞDİ