Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

Magistraturaya qəbul imtahanında bu dəyişikliklər TƏKLİF OLUNUR

Magistraturaya qəbul imtahanında bu dəyişikliklər TƏKLİF OLUNUR
“Magistraturaya qəbul proqramı və planı artıq düzgün aparılmır”.

Bu sözləri AzEdu.az-a elm və təhsil eksperti Səbuhi Abdullayev söyləyib.

“Esse tətbiq edildikdən sonra bakalavrların əksəriyyəti ümumiyyətlə bu bölməni yazmır, boş vərəq şəklində təqdim edir. Yəni burada 5 balın itirilməsindən söhbət gedir. Üstəlik, "speaking" hissəsinin də bura daxil edilməsi vəziyyəti daha da çətinləşdirəcək və bu mərhələdə onların əksəriyyəti iştirak etməyəcək.

Düşünürəm ki, bunu bu formada tətbiq etməkdənsə, ümumilikdə xarici dil imtahanının sertifikatlaşdırılması daha məqsədəuyğundur. Bu sertifikatlaşdırma vasitəsilə, məsələn, ingilis bölməsində oxumaq istəyənlər həmin sertifikatı əlavə olaraq əldə etməlidirlər. Həmin sertifikatı qazandıqdan sonra isə, deyək ki, 2 və ya 5 il müddətində qüvvədə qalmaqla, bu imtahanlar əsasında xarici bölmələrə qəbul ola bilsinlər”.

Xarici dil imtahanının bu formada keçirilməsi bakalavrlara əlavə yük yaradır:

“Birmənalı şəkildə hesab edirəm ki, magistraturaya qəbul proqramı və planı artıq düzgün aparılmır. Çünki yoxlanılma zamanı imtahanda ixtisasla bağlı suallar ümumiyyətlə yer almır. Əvəzində informasiya texnologiyaları bölməsi təqdim olunur və o da olduqca mürəkkəb formatdadır. Yəni praktik deyil, əsasən nəzəri xarakter daşıyır. Eyni zamanda qeyd etmək olar ki, xarici dil imtahanının bu formada keçirilməsi də onlara əlavə yük yaradır.

İmtahan elə bir formatda olmalıdır ki, həm ixtisas sualları, həm məntiq (əsas komponent kimi), həm də informasiya texnologiyalarının müasir trendlərinə dair suallar yer alsın. İngilis dili ilə bağlı imtahan isə ümumiyyətlə bu imtahana daxil edilməməlidir.

Sertifikatlaşdırma ilə bağlı olaraq isə hər ay bir dəfə imtahana girmək imkanı yaradılmalıdır. Namizədlər bu imtahana daxil olaraq sertifikat əldə edə bilərlər; necə ki, dövlət qulluğunda və ya digər peşəkar sertifikatlaşdırma sahələrində bu tətbiq olunur. Bu sertifikatı, məsələn, ikinci və ya üçüncü kursda oxuyarkən əldə etmələri məqsədəuyğundur ki, magistraturaya hazırlaşdıqları dövrdə əlavə çətinliklərlə üzləşməsinlər.

Düşünürəm ki, bu sertifikatların tətbiqi məhz ingilis bölməsində oxuyanlara şamil olunmalıdır. Azərbaycan və ya rus bölməsində təhsil alanlara isə bu tələb tətbiq edilməməlidir. Bu yanaşma onları əlavə yükdən azad edər və eyni zamanda həmin suallardan yayınmalarının qarşısını alar. Nəticədə isə onlar daha düzgün və dolğun şəkildə yüksək bal toplaya bilərlər”.

Oxşar xəbərlər

Bütün xəbərlər