Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Magistraturaya qəbulda YENİLİK - danışıq bacarıqları necə yoxlanacaq?

Magistraturaya qəbul imtahanında danışıq bacarıqlarının qiymətləndirilməsi, yəni “speaking” mərhələsinin tətbiqi nəzərdə tutulur.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Hədəf Liseyinin icraçı direktoru Elmin Yaqubbəyli bildirib ki, müasir təhsil sistemində yalnız nəzəri biliklərin deyil, praktik ünsiyyət bacarıqlarının qiymətləndirilməsi də getdikcə daha böyük əhəmiyyət kəsb edir:

“Bu baxımdan magistraturaya qəbul imtahanlarına danışıq bacarıqlarını ölçən "speaking"mərhələsinin əlavə edilməsi zəruri və məntiqli addımdır. Lakin bu mərhələnin tətbiqi düzgün planlaşdırılmadıqda obyektivlik və bərabərlik prinsiplərinə xələl gələ bilər.

İlk növbədə, "speaking" komponenti ümumi qiymətləndirmə sisteminə balanslı şəkildə inteqrasiya olunmalıdır. Onun ümumi balda müəyyən paya malik olması (məsələn, orta səviyyədə təsir gücü) həm bu bacarığın əhəmiyyətini qoruyur, həm də digər komponentlərin rolunu zəiflətmir. Bundan əlavə, danışıq mərhələsinin yazılı imtahandan sonra keçirilməsi və yekun nəticəyə əlavə təsir göstərməsi daha məqsədəuyğun hesab olunur. Bu yanaşma həm resursların səmərəli istifadəsinə, həm də namizədlərin mərhələli şəkildə qiymətləndirilməsinə imkan yaradır.

Danışıq bacarıqlarının qiymətləndirilməsi zamanı subyektivliyin qarşısının alınması əsas məsələlərdən biridir. Bunun üçün aydın və standartlaşdırılmış qiymətləndirmə meyarları tətbiq olunmalıdır. Bu meyarlar danışığın axıcılığı, fikrin məntiqi quruluşu, söz ehtiyatının zənginliyi, qrammatik düzgünlük və tələffüzün anlaşıqlılığı kimi göstəriciləri əhatə etməlidir. Hər meyar üzrə konkret bal diapazonlarının müəyyənləşdirilməsi və qiymətləndiricilərin bu sistem üzrə təlim keçməsi nəticələrin daha obyektiv olmasına kömək edir. Eyni zamanda, birdən çox qiymətləndiricinin iştirakı və müsahibələrin qeydiyyata alınması şəffaflığı və etibarlılığı artıran mühüm amillərdəndir”.

Həmsöhbət əlavə edib ki, digər vacib məsələ “speaking” mərhələsinin sosial və regional bərabərliyə təsiridir:

“Reallıq ondan ibarətdir ki, müxtəlif bölgələrdə yaşayan və fərqli sosial-iqtisadi şəraitə malik bakalavrların hazırlıq imkanları eyni deyil. Bu isə danışıq mərhələsində nəticələrə təsir göstərə bilər. Belə halların qarşısını almaq üçün dövlət səviyyəsində əlçatan hazırlıq materiallarının təqdim edilməsi, onlayn öyrənmə platformalarının yaradılması və regionlarda əlavə dəstək proqramlarının həyata keçirilməsi vacibdir. Həmçinin, qiymətləndirmə zamanı müxtəlif aksentlərə və fərqli dil mühitlərinə qarşı neytral yanaşma təmin olunmalıdır.

Nəticə etibarilə, "speaking" mərhələsinin magistraturaya qəbul prosesinə daxil edilməsi müsbət və zəruri yenilikdir. Lakin bu mərhələnin uğurlu tətbiqi yalnız düzgün qurulmuş qiymətləndirmə mexanizmləri, şəffaf prosedurlar və bərabər imkanların təmin edilməsi ilə mümkündür. Bu şərtlər yerinə yetirildikdə, danışıq bacarıqlarının qiymətləndirilməsi həm qəbul prosesinin keyfiyyətini artıracaq, həm də gələcək mütəxəssislərin daha hazırlıqlı yetişməsinə töhfə verəcək".

Oxşar xəbərlər

Bütün xəbərlər