Xəbər lentiwidget-title-icon

350-dən çox məktəb kağız jurnaldan imtina edib - MÜTDA
Bu il sertifikasiyada 23 mindən çox müəllim iştirak edəcək
14 məktəbdə tətbiq edilən model minlərlə şagirdin nəticəsini dəyişir
40 mindən çox namizəd MİQ-ə qeydiyyatdan keçib - imtahan TARİXİ
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD
"Şagirdlərin çoxu universiteti oxumaq üçün deyil, tələbə olmaq üçün seçir"
Bazar günü 16 minə yaxın bakalavr imtahan verəcək
“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT
Peşə təhsilinin akkreditasiyası üçün QEYDİYYAT başlayıb
“Təhsil yoxdursa, nazirlik də ləğv edilsin, Əmrullayev isə…” – VACİB AÇIQLAMA

Təhsildə həftəlik dərs saatları tətbiq edilə bilər - AÇIQLAMA



Elm və təhsil naziri Emin Əmrullayev parlamentdə müzakirələr zamanı qeyd edib ki, tədris planlarında Azərbaycan dili üzrə dərs saatları artırılacaq. Nazirin bu açıqlaması ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Çoxları hesab edir ki, Azərbaycan dili dərslərinin artırılması şagirdlərin dili yaxşı mənimsəməsində, keyfiyyətin artırılmasında mühüm rol oynaya bilər.

Redaktor.az mövzu ilə bağlı "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu ilə müsahibəni təqdim edir:

- Azərbaycan dili üzrə dərs saatlarının artırılmasını necə qiymətləndirirsiniz?

- Azərbaycan dili dərs saatlarının artırılması müəyyən mənada müsbət addımdır, amma təkcə saat artırmaq öz-özlüyündə keyfiyyət artımı demək deyil. Bu qərarın effektli olması üçün məzmun, metodika və müəllim hazırlığına paralel şəkildə investisiya olunmalıdır.

- Dərs saatlarının artırılması niyə vacibdir?

- Dil bacarığı zaman tələb edir. Ana dili təkcə qrammatika deyil; oxu, yazı, diksiya, nitq mədəniyyəti, analiz bacarıqları var. Bunların inkişafı üçün əlavə saatlar həqiqətən imkan yarada bilər. Şagirdlərin nitq mədəniyyətində geriliyi var. Zəif söz ehtiyatı, fikir ifadəsində çətinlik, yazı mədəniyyətinin aşağı olması reallıqdır. Saat çoxluğu bu boşluğu, düşünürəm ki, qismən doldura bilər.

- Bəs saat artırmaq kifayət edirmi?

- Məncə, xeyr. Əgər dərslər eyni köhnə metodla keçiriləcəksə, əlavə saatlar sadəcə əlavə yük olacaq. Ona görə də dərslər keçirilərkən müasir, maraqlı, şagird yönümlü dərs metodları tətbiq olunsa, yazı və nitq məşğələləri prioritetləşsə, Azərbaycan dili müəllimlərinin peşəkar inkişafı gücləndirilsə, məncə fayda çox ola bilər. Bundan əlavə, dərsliklər yenilənməlidir; mətnlər şagird üçün aktual və cəlbedici olmalıdır. Şagirdlərə dili sevdirmək üçün layihə və debatlara yer ayrılmalıdır.Bu istiqamətdə ən effektiv model hansıdır?

- Az, amma keyfiyyətli mövzu olmalıdır. Məsələn, yazı, danışıq, təqdimat, daha sonra dövlət dilində yaradıcı yazı dərsləri artırılmalıdır. Kitab oxuma mədəniyyəti məktəbdə sistemli proqramlarla dəstəklənməlidir. Texnologiya ilə yanaşı inteqrasiya olunmalıdır, yəni interaktiv platforma, dil oyunları keçirilməlidir. Azərbaycan dilində media savadlığı dərsləri də daxil edilməlidir. Dərs saatlarının artırılması potensial olaraq yaxşı addımdır, amma real nəticə yalnız məzmunda və metodikada sistemli islahat olduqda mümkündür. Yoxsa, sadəcə rəqəm artırılacaq, nəticə isə əvvəlki kimi qalacaqsa, bu, effektli olmayacaq. Mənim yanaşmam fərqlidir. Məsələn, Azərbaycan dili fənni üçün ideal həftəlik dərs modeli necə ola bilər, 5-11-ci siniflər üçün bir nümunə deyim. Burada ümumi yanaşma bu ola bilər ki, şagirdlərin danışıq, yazı, oxu, dinləmə, nitq mədəniyyəti bacarıqları sistemli şəkildə inkişaf etdirilməlidir. Azərbaycan dili təkcə qrammatika fənni deyil; ünsiyyət dili və düşünmə aləti kimi tədris olunmalıdır. Fənni çətin və cansıxıcı yox, praktiki və yaradıcı hala gətirmək lazımdır.

- Həftəlik dərs saatları da ayrıla bilər?

- Düşünürəm ki, 5-6-cı siniflər üçün 5 saatlıq dərs ola bilər. Burada iki saat oxu və mətn analizinə yer ayırmaq olar. Bir saat qrammatika yönümlü olmalıdır. Bir saat yaradıcı yazı, bir saat da nitq mədəniyyəti və danışıq dərsi olmalıdır. 7-9-cu siniflərdə 4 saat eləmək olar: bir saat oxu və müzakirə, bir saat qrammatika və orfoqrafiya, bir saat analitik yazı və məktub, esse, bir saat da debat, təqdimat, danışıq bacarığı olmalıdır. 10-11-ci siniflərdə isə 3 saat kifayət edər: bir saat bədii və publisistik mətnlərin analizi, bir saat akademik yazı, esse, rəy, analitik mətn, bir saat da nitq mədəniyyəti, media savadlığı olmalıdır. Dərsin həm də sintez modeli olmalıdır.

- Sintez modeli nədir?

- Məncə, bunu dörd qrupa bölmək olar. Oxu və danışıq inteqrasiya olunmalıdır. Hər həftə bir mətn - bədii, publisistik və yaxud aktual sosial mövzu olmalıdır ki, oxu və danışıq inteqrasiya olunmuş olsun. Həmçinin, şagirdlər qruplara bölünərək müzakirələr aparılmalıdır; dildə sərbəst fikir ifadəsi və məntiq inkişaf eləməlidir. İkinci dərsin sintez modeli qrammatika və tətbiq birlikdə olmalıdır. Qrammatika ayrı-ayrılıqda, əzbər kimi yox; mətn üzərində olmalıdır: “Qaydanı öyrəndim, mətndə təqdim etdim, özüm yazıda işlətdim” prinsipi olmalıdır. Orfoqrafiya və durğu işarələri üçün kiçik tapşırıqlar olmalıdır. Üçüncü dərs sintez modeli yazı dərsləri olmalıdır. Həftədə bir yazı mütləq olmalıdır: qısa esse, təsvir, yazı, məktub, dialoq formasında və s. Hər yazı üçün müəllim struktur geri dönüş almalıdır. Ayda bir dəfə böyük yazı layihəsi olmalıdır.

Ən sonuncu dərsin sintez modeli nitq mədəniyyəti olmalıdır. Yəni diksiya, vurğu, natiqlik texnikası, hərəkətlə bir dəqiqəlik çıxış, kiçik debatlar, real həyat mövzuları, məktəb problemi, ictimai məsələ, sosial mövzu kimi məsələlərdə şagirdlər danışdırıla bilər. Həmçinin, dəstək mexanizmlər də olmalıdır. Texnologiyanın tətbiqi vacibdir; məsələn, interaktiv dil oyunları, qısa video analizi, onlayn test və yazı platformaları ola bilər. Sonra kitab oxuma mədəniyyəti formalaşdırılmalıdır, dəstək mexanizm kimi. Ayda bir kitab sinifdə oxunmalıdır ki, sinif onu müzakirə eləsin. Şagirdin marağına uyğun oxu listi olmalıdır.

Dərsliklərin yenilənməsi önəmlidir. Köhnə mətnlər əvəzlənməlidir; müasir Azərbaycan ədəbiyyatı və publisistikası daha çox yer almalıdır. Qrammatika bölmələri sadələşdirilməli, praktikləşdirilməlidir. Mən düşünürəm ki, bu model tətbiq olunsa, şagirdlər fikrini aydın, səlis və mədəni formada ifadə edəcəklər. Yazı bacarıqları güclənəcək; məsələn, esse, məktub yazma qabiliyyəti formalaşacaq. Ana dilində yaradıcılıq, məntiqi analiz, nitq inamı artacaq. Həmçinin, Azərbaycan dili müasir tələblərə uyğun bir fənnə çevrilə bilər.

Oxşar xəbərlər


Bütün xəbərlər

350-dən çox məktəb kağız jurnaldan imtina edib - MÜTDA
Bu il sertifikasiyada 23 mindən çox müəllim iştirak edəcək
14 məktəbdə tətbiq edilən model minlərlə şagirdin nəticəsini dəyişir
40 mindən çox namizəd MİQ-ə qeydiyyatdan keçib - imtahan TARİXİ
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD