BDU-nun Hüquq Klinikası “Açıq qapı” günü elan edir
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində fəaliyyət göstərən Hüquq Klinikası tərəfindən mayın 16-da pulsuz hüquqi yardım üzrə “Açıq qapı” günü keçiriləcək.
BDU-dan Aztəhsil.az -a bildirilib ki, təşəbbüsün əsas məqsədi əhalinin hüquqi maarifləndirilməsinə dəstək olmaq, hüquqi xidmətlərə çıxışı genişləndirmək və xüsusilə həssas qrupların hüquqlarının qorunmasına töhfə verməkdir. “Açıq qapı” günü müxtəlif sahələr üzrə hüquqi məsləhətləri əhatə edəcək. Müraciət edən şəxslərə BDU-nun Hüquq fakültəsinin vəkil-müəllimləri tərəfindən peşəkar hüquqi yardım göstəriləcək.
Bu cür təşəbbüslərin gələcəkdə silsiləli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Vətəndaşlar hüquqi məsələlərlə bağlı müraciətlərini BDU-nun Hüquq Klinikasına ünvanlaya və ya “Açıq qapı” günü ərzində birbaşa iştirak edə bilərlər.
Əlavə məlumat və qeydiyyat üçün lawclinik@bsu.edu.az ünvanına yazmaq olar.



























