Xəbər lentiwidget-title-icon

“Biz bacardıq!” – Naxçıvan voleybolçularının böyük qələbə hekayəsi
İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti birgə qrant layihələrində iştirak edir
BDU-nun Hüquq Klinikası “Açıq qapı” günü elan edir
Gələcəyin mühəndisləri Qarabağ universitetində yetişir
Bu məktəblərdə 1-ci sinfə qəbul müsabiqə ilə aparılacaq (RƏSMİ)
"Bu müəllimlərə xüsusi status, həm də yüksək maaş verilməlidir" - İlqar Orucov
Elxan Nəcəfov: İlk gündə müəllimlərin 93 faizi uğur qazanıb
Nurlan İsmayılbəyli: İmtahanlarda yüksək nəticə və davamiyyət qeydə alınıb
Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU
Leyla və Arzu Əliyevalar Beynəlxalq Xalça Festivalında
Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izlədi - FOTO
Bu gün Bakıda keçirilmiş Marafonda ADNSU rektoru və BSU rektoru da iştirak ediblər - FOTOLAR
Müasir Təhsildə İnnovativ Müəllim Modeli – Paşayeva Nigar Tamerlan qızının pedaqoji fəaliyyəti
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK
Bu gün 9 və 11-ci siniflərin imtahan GÜNÜDÜR
Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili əsas məqsədimizdir - Araz Paşayev
Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
Aprelin 5-də keçirilən buraxılış imtahanının NƏTİCƏLƏRİ elan olundu
Səkkiz şagird 300 bal topladı - 7-si QIZDIR
Elm və təhsil sahəsində media və kommunikasiya üzrə ixtisaslaşmaq istəyən tələbə və məzunlar üçün FÜRSƏT
TKTA saxta diplomlarla bağlı müraciət etdi
Naxçıvanda ikinci dövriyyə üzrə sertifikatlaşdırma imtahanları başlayır
Magistraturaya qəbul imtahanında bu dəyişikliklər TƏKLİF OLUNUR
AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq imzalanıb

İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti birgə qrant layihələrində iştirak edir

Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən maliyyələşdirilən qrant layihələri üzrə fəaliyyət planı və görülən işlərə dair müzakirələr aparılıb.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək institutda elm, təhsil və innovasiyanın inteqrasiyası, elmi müəssisələrdə əldə olunmuş qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, yüksəkixtisaslı kadrların hazırlanması və s. istiqamətlərdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bu baxımdan İnformasiya Texnologiyaları İnstitutu ilə AzTU arasında elmi-tədqiqat üzrə birgə fəaliyyət, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində əməkdaşlıq əlaqələrinin uğurla davam etdirildiyini söyləyib.

Alim iki il öncə İnformasiya Texnologiyaları İnstitutu ilə AzTU arasında elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalandığını xatırladaraq, hər iki qurumun əməkdaşlarının memorandumdan irəli gələn vəzifələrin icrasında fəal iştirak etdiklərini söyləyib.

AMEA-nın vitse-prezidenti hər iki qurumun alimlərindən ibarət dissertasiya şuralarının fəaliyyəti, elmi şuraların iclası, müdafiə proseslərində və sessiya imtahanlarında iştirak, magistrantlara və doktorantlara elmi rəhbərlik, eləcə də AzTU-nun İnformasiya Texnologiyaları İnstitutunun qabaqcıl təcrübəsindən, elmi potensialı və imkanlarından istifadəsinin təmin olunmasının memorandum çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən olduğunu deyib.

Akademik Rasim Əliquliyev AzTU rəhbərliyinin təşəbbüsü ilə elmi tədqiqatlara dəstəyin gücləndirilməsi, bu fəaliyyətin stimullaşdırılması və xüsusilə gənclərin tədqiqat prosesinə, qrant layihələrinə cəlb olunması istiqamətində atılan addımları yükəsk qiymətləndirib. Həmin layihələrin bir qisminin icrasında İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin də fəal iştirak etdiklərini deyib.

“İnformasiya Texnologiyaları İnstitutu ilə AzTU-nun birgə fəaliyyəti keyfiyyətli və aktual tədqiqatların həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyən akademik iki qurumun iştirakı ilə konfransların, seminarların təşkili, magistrantlara aktual mövzuların verilməsi və onlara elmi rəhbərlik edilməsinin bu istiqamətdə mühüm addımlardan olduğunu bildirib.

Daha sonra “Təbii dil emalı texnologiyalarının köməyilə kibertəhdidlərin analizi və aşkarlanması”, “Süni intellekt texnologiyalarının tətbiqi ilə dəyişən parametrli azad fəzada intellektual optik şəbəkə modelinin yaradılması” və “Süni intellekt dəstəkli mobil robot layihəsi: kranlarda korroziyanın aşkarlanması mövzusunda” qrant layihələrinə dair müzakirələr aparılıb. Layihə icraçıları hesabat dövründə yerinə yetirilən işlər və əldə olunan elmi nəticələr barədə məlumat veriblər.

Tədqiqat istiqamətləri və qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Akademik Rasim Əliquliyev qrant layihələrinin aktual sahələri əhatə etdiyini, aparılan tədqiqatların bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən irəli gələn vəzifələr və ölkənin milli maraqları baxımından strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb, əldə olunan nəticələrin nüfuzlu, yüksək istinad indeksli beynəlxalq jurnallarda çap olunmasının əhəmiyyətini vurğulayıb. Alim, həmçinin layihələrin icra vəziyyətinə dair müntəzəm monitorinqlərin aparılması, elmi seminarların keçirilməsi və hesabatların təqdim olunmasının elm ilə təhsil arasında körpünün möhkəmlənməsinə və əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Oxşar xəbərlər

Bütün xəbərlər