Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq imzalanıb

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə ADA Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AzEdu.az xəbər verir ki, Memorandum “Dizayn Həftəsi” çərçivəsində keçirilən görüşdə AzMUİ-nun rektoru, professor Gülçöhrə Məmmədova və ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tərəfindən imzalanıb. Qeyd edək ki, bu sənəd daha əvvəl iki ali təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq müqavilələrinin davamı olaraq strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir.

İmzalanan Memorandum AzMİU və ADA Universiteti arasında dizayn sahəsində təhsil, elmi tədqiqat və yaradıcı fəaliyyət istiqamətlərində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər qrafik dizayn, media, mühit, sənaye və geyim dizaynı istiqamətlərində birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, elmi konfranslar, sərgilər və müsabiqələrin keçirilməsi sahəsində sıx əməkdaşlıq edəcəklər.

Bu kontekstdə AzMİU-nun dizayn sahəsində beynəlxalq nailiyyətləri də xüsusi diqqət çəkir. Belə ki, universitet 2026-cı ilin QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqində ilk dəfə yer alaraq Dizayn sahəsi üzrə ölkə üzrə təmsil olunan yeganə, dünya üzrə isə ən yaxşı 250 ali təhsil müəssisəsindən biri kimi çıxış edib. Bu göstərici AzMİU-da formalaşmış güclü akademik mühitin, yaradıcı yanaşmanın və müasir tədris modelinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir və imzalanan Memorandumun əhəmiyyətini daha da artırır.

Eyni zamanda, inklüziv dizayn, vizual kommunikasiya və ictimai mühitin dizaynı üzrə ortaq təşəbbüslərin irəli sürülməsi, bu sahələrdə innovativ yanaşmaların tətbiqi və müasir dizayn düşüncəsinin inkişaf etdirilməsi də əməkdaşlığın əsas prioritet istiqamətləri sırasındadır.

Memorandum çərçivəsində süni intellekt, rəqəmsal dizayn və multimedia sahələrində birgə fəaliyyətlərin təşviqi, sənaye və kreativ sektorla inteqrasiyalı layihələrin həyata keçirilməsi, startap və innovasiya yönümlü təşəbbüslərin dəstəklənməsi xüsusi diqqət mərkəzində olacaq.

Sənəd, həmçinin tərəflər arasında uzunmüddətli və sistemli əməkdaşlığın formalaşdırılmasına zəmin yaradır. Bu çərçivədə gələcəkdə birgə akademik proqramların hazırlanması, müasir dizayn yanaşmalarının tədris prosesinə inteqrasiyası, tələbələrin praktik bilik və bacarıqlarının artırılmasına yönəlmiş layihələrin icrası planlaşdırılır. Bununla yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi, qlobal dizayn trendlərinin tətbiqi və yaradıcı sənayelərlə ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi də nəzərdə tutulur.

Xüsusi vurğulanmalıdır ki, imzalanmış Anlaşma Memorandumu 2026-cı ilin 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ərəfəsində baş tutmaqla, tərəflər arasında akademik tərəfdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq çərçivəsində şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, eləcə də birgə akademik proqram və kursların hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, bu əməkdaşlıq həm tələbə və müəllim heyəti üçün yeni imkanlar açacaq, həm də ölkədə dizayn və yaradıcı sənayelər ekosisteminin inkişafına, universitet-sənaye və beynəlxalq tərəfdaşlıq modelinin daha da güclənməsinə mühüm töhfə verəcək.

Oxşar xəbərlər

Bütün xəbərlər