Xəbər lentiwidget-title-icon

Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!

AzMİU ilə FHN-nin elmi-tədqiqat institutu arasında müqavilə imzalandı

AzMİU ilə FHN-nin elmi-tədqiqat institutu arasında müqavilə imzalandı
AzMİU ilə FHN-nin elmi-tədqiqat institutu arasında müqavilə imzalandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq müqaviləsində AzMİU-nun İnşaat konstruksiyaları kafedrası ilə institut arasında əlaqələrin genişləndirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, inşaat konstruksiyaları üzrə sınaqların həyata keçirilməsi, birgə kadr hazırlığı və bu kimi məsələlər nəzərdə tutulub.

Universitetdən bildirilib ki, sənədi AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direktoru Rüstəm Bağırov imzalayıblar.

Müqavilənin imzalanması və əməkdaşlıq məsələlərinin müzakirə edilməsi məqsədilə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin direktor müavini Elxan Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti AzMİU-da olub.

Qonaqlarla görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetin elmi-texniki potensialı, professor-müəllim heyəti və tədqiqat istiqamətləri haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, elmi potensialın inkişafını dəstəkləyən mexanizmlərin tətbiqi ilə mövcud potensialı inkişaf etdirmək və nəticədə qlobal arenada universitetin reytinqli ali təhsil müəssisəsinə çevrilməsini əhəmiyyətli dərəcədə sürətləndirmək mümkündür. Müasir dövrdə universitetlərin beynəlxalq elm arenasında tanınmasını şərtləndirən əsas amilin “QS”, “THE” və bu kimi digər aparıcı reytinq sistemlərindəki yeri olduğunu vurğulayan professor Gülçöhrə Məmmədova qeyd edib ki, bu reytinq sistemlərində təmsil olunmağın ən vacib kriteriyalarından biri universitetin elmi-tədqiqat fəaliyyətidir: “Qarşıya qoyulan hədəflərə çatmaq üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) sistemli işlər həyata keçirilir. Yeni tədqiqat laboratoriyalarının yaradılması, aktiv elmi-tədqiqatla məşğul olan alimlərin sayının artırılması ilə yanaşı, AzMİU-nun elmi-tədqiqat institutları ilə mövcud əlaqələri daha da inkişaf etdirilir, yeni əməkdaşlıqlar qurulur. Hesab edirəm ki, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu ilə ilə əməkdaşlığın genişləndirilməsi inşaatın bir sıra istiqaməti üzrə tədqiqatın səviyyəsini yüksəldəcək, yeni elmi-texniki ixtiraların, metodların formalaşması ilə nəticələnəcək”.FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin direktor müavini Elxan Əsədov da öz növbəsində agentliyin fəaliyyət istiqamətləri, tədqiqat obyektləri haqqında ətraflı məlumat verib. Elxan Əsədov agentliyin texniki imkanları, nümunələrin götürülməsi, sınaq edilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosedurları, eləcə də tikinti materiallarının standartlaşdırılması sahəsində görülmüş işlər barədə danışıb: “AzMİU inşaat sahəsi üzrə böyük elmi potensiala, professor-müəllim heyətinə, tədqiqatçılara sahibdir. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun bazasında mövcud olan laboratoriyaları və AzMİU-nun elmi potensialını nəzərə alsaq, deyə bilərik ki, əməkdaşlığımız ölkəmiz, o cümlədən inşaat sektorumuz üçün mühim nəticələrin əldə olunmasına yol açacaq”.

Daha sonra nümayəndə heyətlərinin də iştirakı ilə müzakirələr aparılıb. Müzakirələrdə Elektron Beton İzləmə Sisteminin (EBİS) təşkili, onun proqram təminatının hazırlanması və texniki müşayiəti, binaların dayanıqlılığının innovativ üsullarla artırılması, texnologiyanın imkanlarından istifadə edərək yeni növ və səmərəli inşaat materiallarının əldə olunması və s. məsələlərə toxunulub.

Bundan əlavə, AzMİU və FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər