Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

Sumqayıt Dövlət Universiteti ilə Polimer Materialları İnstitutu arasında memorandum imzalanıb

Sumqayıt Dövlət Universiteti ilə Polimer Materialları İnstitutu arasında memorandum imzalanıb

Noyabrın 2-də Sumqayıt Dövlət Universiteti ilə Polimer Materialları İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsi üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı.

tehsilmedia.info xəbər verir ki, tədbirdə PMİ-nin direktoru, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru professor Bəxtiyar Məmmədov və SDU-nun rektoru Rüfət Əzizov başda olmaqla hər iki müəssisənin nümayəndə heyəti, Elm və Təhsil Nazirliyi yanında Elm və ali təhsil üzrə dövlət agentliyinin şöbə müdiri Samir Həmidov iştirak edirdilər.

Universitetin rektoru Rüfət Əzizov qonaqları qəbul edərək onları universitetdə görməkdən məmnunluğunu bildirdi və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi, kadr hazırlığı istiqamətləri və mövcud ixtisaslar barədə məlumat verərək, tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiq edilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verdi. İmzalanan memorandumun təhsil sisteminin prioritet məsələlərindən olan elm və ali təhsilin inteqrasiyası prosesinə təkan verəcəyini xüsusi ilə vurğuladı.
Polimer Materialları İnstitutunun direktoru, professor Bəxtiyar Məmmədov çıxış edərək səmimi qəbula görə SDU-nun rektoru Rüfət Əzizova təşəkkürünü bildirdi, universitetin təhsil modelini yüksək qiymətləndirərək müasir texnologiyaların tətbiqini tədrisin keyfiyyətinin yüksəldilməsində önəmli amil olduğunu bildirdi.
Rəhbərlik etdiyi institutun ali məktəblərlə, o cümlədən SDU ilə əməkdaşlığının möhkəmləndirilməsinin əhəmiyyətindən danışdı, institutda tələbələrin universitetdə əldə etdikləri biliklərini elmi tədqiqatlarla əlaqələndirmələri üçün hər cür şəraitin olduğunu bildirdi. Universitet əməkdaşlarının da öz növbələrində PMİ ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları və onlarda praktiki vərdişlərin formalaşdırılması istiqamətində gələcək perspektivlərdən söz açdı.
Qeyd etdi ki, SDU-nun PMİ-də “Polimer materiallarının texnologiyası” baza kafedrası yaradılmışdır. Baza kafedrası respublikanın, xarici kimya müəssisələrinin və şirkətlərinin tələblərini tam təmin edən mütəxəssislərin hazırlanması, ali təhsilli mütəxəssis hazırlanmasının əsas şərtləri olan elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi məqsədlərini daşıyır. Bu istiqamətdə imzalanan memorandum iki müəssisə arasında aparılacaq elmi-tədqiqat işlərinin yeni perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir.
Elm və ali təhsil üzrə dövlət agentliyinin şöbə müdiri Samir Həmidov çıxış edərək universitetlə müəssisə arasında əlaqələri daha da inkişaf etdirmək üçün bu görüşün əhəmiyyətini və geniş spektrda əməkdaşlığın mümkünlüyünü bildirdi.
Məlumat üçün bildirək ki, Müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, qarşılıqlı anlaşma, yüksəkixtisaslı kadrların hazırlanması, elmi araşdırma və təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.

Sonda memorandumun detalları, gələcək planlar barədə fikir mübadiləsi aparıldı.

Sumqayıt Dövlət Universiteti ilə Polimer Materialları İnstitutu arasında memorandum imzalanıb
Sumqayıt Dövlət Universiteti ilə Polimer Materialları İnstitutu arasında memorandum imzalanıb
Sumqayıt Dövlət Universiteti ilə Polimer Materialları İnstitutu arasında memorandum imzalanıb
Sumqayıt Dövlət Universiteti ilə Polimer Materialları İnstitutu arasında memorandum imzalanıb

Oxşar xəbərlər

Bütün xəbərlər