Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

TKTA saxta diplomlarla bağlı müraciət etdi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətləri çərçivəsindədir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsi olaraq müəyyən edilmişdir.

Agentlikdən Aztəhsil.az- a bildirilib ki, bu çərçivədə, Agentlik fəaliyyət istiqamətlərinə uyğun olaraq xaricdə əldə edilmiş kvalifikasiyaların tanınması ilə bağlı daxil olan müraciətlərin nəticələrini təhlil edib ümumiləşdirərək aylıq əsasda ictimaiyyətə təqdim edir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra Qaydalar) 4.1.2-ci bəndində müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması tələbi qeyd olunur.

Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına və Qaydalara əsaslanaraq, inzibati icraatın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədi ilə ərizəçilərin təqdim etdikləri rəsmi sənədlərin autentikliyini (həqiqiliyini) müəyyən etmək üçün kvalifikasiyaların aid olduğu xarici ölkələrin ali təhsil müəssisələrinə müvafiq sorğular göndərilir. Sorğulara daxil olmuş cavab məktublarında, xarici ölkələrin təhsil müəssisələrindən əldə olunmuş sənədlərin autentik olmadığı müəyyən edildiyi təqdirdə kvalifikasiyaların tanınmasından imtina olunur.

Agentlik tərəfindən 1 avqust 2025-ci il tarixində yayınlanmış relizdə qeyd edildiyi kimi, 2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayınadək 53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi, həmçinin Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif üsullarla saxta tanınma şəhadətnamələri əldə etməsi aşkar olunmuşdur.

Bildirilib ki, 2025-ci ilin aprel ayından 2026-cı ilin yanvar ayına qədər olan dövr ərzində əlavə olaraq 30 nəfər tərəfindən tanınma məqsədilə saxta diplomların təqdim edilməsi, həmçinin Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınmasından imtina edilmiş 50 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnamələri əldə etməsi halları aşkar edilmişdir.

Həmçinin, son 3 il ərzində tibb və səhiyyə ixtisasları üzrə tanınma üçün saxta diplom təqdim etmiş 38 nəfər barədə məlumatlar müvafiq quruma göndərilmişdir.

Agentliyin Nizamnaməsinə əsasən, fəaliyyət sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək qurumun vəzifələri arasında təsbit olunur. Bu xüsusda, aşkarlanmış saxta diplomlar, eləcə də şəhadətnamələrlə bağlı məlumatlar mütəmadi olaraq ümumiləşdirilərək, qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara təqdim olunur.

Oxşar xəbərlər

Bütün xəbərlər