Xəbər lentiwidget-title-icon

“Rəqəmsal bacarıqlar”a ikinci şans qeydiyyatı başlayır
Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
BMU-nun tələbələri üçün zavodda əyani dərs təşkil olunub
AZSET innovativ bakalavr təhsil proqramına qeydiyyat başladı
​244 saylı məktəbdə rüşvət və təhqir iddiası: “Haqq verməyənlər işdən çıxarılır”
Yay məktəbi, yoxsa yay işgəncəsi?
Gimnastika yarışlarına start verildi
Paytaxtın 3 məktəbi sökülərək YENİDƏN tikilir
Qəbələdə məktəbdə YANĞIN olub
Məktəblilərimiz idman yarışlarında 4 063 medal qazanıb
Şagirdlər beynəlxalq qiymətləndirmələrə cəlb olunub Şagirdlər beynəlxalq qiymətləndirmələrə cəlb olunub
Bu liseyin məzunları ali məktəbə qəbul ola bilməyib- ADLAR
Yay məktəbi, yoxsa yay işgəncəsi?
“Maliyyələşmə modeli dövlət bağçalarında sıxlığı azaldacaq”
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Rezidenturada məzunların 77 faizi 40 bal toplaya BİLMƏDİ
Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR
Təmayül sinifləri: Təhsil islahatıdır, yoxsa yeni oyun...
Təəccüb doğuran statistika
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA

İmtahandan maksimum nəticə göstərənlər olacaq? - PROQNOZ

Ötən günlərdə 11-ci siniflərin buraxılış imtahanı keçirilib. Abituriyentlərin böyük bir hissəsi imtahanın çətin olduğunu qeyd edib.

Belə olan halda maksimum nəticə toplayanlar olacaq? Və ya maksimum nəticə göstərən abituriyentlərin sayında azalma müşahidə oluna bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, çox təəssüf ki, buraxılış imtahanına qeyri-ciddi yanaşanların sayı kifayət qədər çoxdur:

"Halbuki biz hər zaman vurğulayırıq ki, bu imtahan qəbul imtahanının birinci mərhələsidir. Abituriyentlər 700 balın 300-nü məhz bu imtahanda toplayırlar. Buna baxmayaraq, bir çoxları bu imtahanı sadə və ya sadəcə attestat imtahanı kimi qiymətləndirir.

Məhz buna görə də imtahana ciddi hazırlaşmaq vacibdir. Hazırlıqla yanaşı, abituriyentlərin düzgün şəkildə hazırlanması da böyük əhəmiyyət daşıyır. Bəzən müşahidə edirik ki, bəzi platformalarda abituriyentlər yalnız sadə suallara öyrəşdirilir. Nəticədə imtahanda daha çətin və ya yeni tipli sualla qarşılaşdıqda onlar sualların həddindən artıq çətin olduğunu düşünürlər.

Sanki imtahanda düşən bütün suallar əvvəlcədən işlədilməli və abituriyentlər həmin sualları mütləq görmüş olmalıdırlar. Halbuki belə bir qayda yoxdur. Yəni Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi test toplularında və ya sinif testlərində yer alan sualların eyni şəkildə qəbul imtahanında düşməsi məcburi deyil. Ola bilər ki, həmin suallardan 1-i, 2-si və ya 3-ü müəyyən dəyişikliklərlə imtahanda təqdim olunsun.

Lakin bütün sualların əvvəldən işlədilmiş olması kimi bir tələb yoxdur. Suallar bazasına mütəmadi olaraq yeni suallar əlavə olunur və abituriyentlər də həmin suallar əsasında imtahan verirlər. Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi vahid proqram Elm və Təhsil Nazirliyinin tam orta ümumi təhsil üçün müəyyən etdiyi tədris proqramına əsaslanır. Proqramdan kənar heç bir mövzu və ya sual təqdim edilmir. Heç kim iddia edə bilməz ki, imtahanda verilən hansısa mövzu tədris proqramında yoxdur.

Bu il də maksimum nəticə göstərən abituriyentlərin olacağına inanırıq. Çünki belə bir gözləntimiz var. İki il əvvəl 9-cu sinif buraxılış imtahanında maksimum nəticə göstərənlərin sayı 26 nəfər olmuşdu. Bu baxımdan düşünürəm ki, bu il də yüksək nəticə göstərən abituriyentlər olacaq. 58 min nəfər arasında yəqin ki, maksimum bal toplayanlar da tapılacaq.

İmtahanın çətin və ya asan olması barədə isə yalnız nəticələr açıqlanandan sonra fikir bildirmək mümkündür. Hazırda bu barədə qəti rəy söyləmək doğru olmaz".

Oxşar xəbərlər

Bütün xəbərlər