Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Plan yerləri boş qala bilər - DİM sualları yumşaldacaq?

Artıq bazar günü II və III ixtisas qrupları üzrə abituriyentlər üçün ikinci şans imtahanı keçiriləcək.

Məlumdur ki, birinci qəbul imtahanında bu qruplardan heç kim maksimum - 400 bal toplaya bilməmişdi. Eyni zamanda, tarix fənninin çətin olması abituriyentlər və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

İndi isə maraqlıdır ki, bu dəfə maksimum nəticə olacaqmı? Ümumiyyətlə, yenə hansısa fənndə çətinlik yaşana bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb.

Ekspertin sözlərinə görə, abituriyentlərin hazırlıq səviyyəsi də çox önəmlidir. Onlar birinci cəhddən sonra müəyyən dərəcədə həvəsdən düşüb hazırlıq prosesini dayandırıblarsa, II cəhd imtahanında da çətinlik çəkəcəklər:

“Əvvəlki qəbul imtahanına diqqət yetirsək, müəyyən qədər abituriyentlər üçün suallar çətin salınmışdı. Xüsusilə tarix fənninin sualları ilə bağlı imtahandan çıxan abituriyentlər narazılıqlarını ifadə etmişdilər. Və nəticələr elan olunduqda müşahidə olundu ki, kifayət qədər yüksək bal toplayan abituriyent olmadı. Eləcə də maksimum bal toplayanlar demək olar ki, yox idi. Yüksək nəticə göstərənlərin sayı da çox az idi.

Hətta bəzi abituriyentlər digər fənlər üzrə 60 - 70 bal topladığı halda, tarix fənnindən cəmi 15–20 bal yığa bilmişdi. Bu da onu göstərir ki, tarix sualları həqiqətən digər fənlərlə müqayisədə daha çətin idi”.

"Bazar günü keçiriləcək qəbul imtahanı birinci cəhd blok imtahanından daha çətin olmayacaq", - deyə R. Nurəliyev qeyd edib“Çünki dövlətin müəyyənləşdirdiyi plan yerləri var və bu yerlərin dolması üçün mütləq şəkildə daha çox abituriyentin müsabiqəyə buraxılması lazımdır. Əgər suallar yenə çətin olarsa və abituriyentlər müsabiqəyə buraxılmaq üçün yetərli bal toplamazlarsa, bu zaman həmin plan yerlərinin boş qalması ehtimalı yaranacaq.

Bu səbəbdən ehtimal edirəm ki, Dövlət İmtahan Mərkəzi birinci imtahanın nəticələrinə baxaraq ikinci imtahanı nisbətən asan salacaq.

Təbii ki, bu, mənim ehtimalımdır. Amma nəzərə alaq ki, birinci cəhddə sualların çətinliyi abituriyentlərdə ciddi narazılıq yaratmış və nəticələr də qənaətbəxş olmamışdı. İkinci imtahanda isə abituriyentlər sualların əvvəlkinə nisbətən asan olacağı ilə qarşılaşmalıdır”.

Həmsöhbətimizin sözlərinə görə plan yerlərinin dolması vacib məsələdir:

“Məsələn, əgər dövlət 20 min plan yeri ayırıbsa, o yerlərin dolması üçün müsabiqəyə buraxılan abituriyentlərin sayı ən azı 25 min olmalıdır ki, həmin 25 min nəfərdən 20 mini qəbul olsun və plan yerləri boş qalmasın.

Bu səbəbdən düşünürəm ki, II və III ixtisas qrupları üzrə suallar əvvəlki mərhələyə nisbətən daha asan olacaq. Yenə qeyd edirəm: bu, mənim ehtimalım və şəxsi qənaətimdir”.

Müsahibimiz qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin də bu istiqamətdə müəyyən analizlər apardığını və statistik göstəricilərə əsaslanaraq addımlar atacağını düşünürəm:

“Çünki əgər suallar çətin olsa, bu zaman nəticələr aşağı düşəcək və çox sayda abituriyent müsabiqə şərtlərini ödəyə bilməyəcək. Bu da ümumilikdə ixtisas seçimi mərhələsində problemlər yarada bilər. 700 bal məsələsinə gəlincə, onu qeyd edə bilərəm ki, bu daha çox sualların çətinlik səviyyəsindən asılıdır. Əgər suallar birinci cəhddəki ilə müqayisədə nisbətən asan olarsa, təbii ki, maksimal bal – yəni 700 bal toplayan abituriyentlər də olacaq.Doğrudur, buraxılış imtahanındakı qədər çox olmasa da, ola bilər ki, hər ixtisas qrupu üzrə 2–3 abituriyent yüksək bal toplasın.

Ümumiyyətlə, 700 bal toplamaq bir qədər də şans məsələsidir. Buna görə də düşünürəm ki, ən pis ehtimalla belə, ikinci imtahanda nəticələr birinci cəhdə nisbətən daha yüksək olacaq.

Burada abituriyentlərin hazırlıq səviyyəsi də çox önəmlidir. Onlar birinci cəhddən sonra müəyyən dərəcədə həvəsdən düşüb, hazırlıq prosesini dayandırıblarsa, II cəhd imtahanında da çətinlik çəkəcəklər. DİM bunu da nəzərə almalıdır ki, abituriyentlər II cəhdin çətin olması ilə yanaşı, havanın da isti keçməsi, o cümlədən əlavə hazırlıqların bəzilərinin dayandırılması ilə bağlı müəyyən çətinliklərlə qarşılaşa bilər. Ona görə də bütün bunlar nəzərə alınaraq suallar çətin düşməməlidir”.

Oxşar xəbərlər

Bütün xəbərlər