Qəbələdə məktəbdə YANĞIN olub
İyunun 21-də gecə saatlarında Qəbələ rayonu Qafur Şərifov adına Uludaş kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib.
Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Aztəhsil.az” a məlumat verilib.
Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.


























