Xəbər lentiwidget-title-icon

“Maliyyələşmə modeli dövlət bağçalarında sıxlığı azaldacaq”
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Rezidenturada məzunların 77 faizi 40 bal toplaya BİLMƏDİ
Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR
Təmayül sinifləri: Təhsil islahatıdır, yoxsa yeni oyun...
Təəccüb doğuran statistika
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT

“Maliyyələşmə modeli dövlət bağçalarında sıxlığı azaldacaq”

Prezident İlham Əliyev məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva bildirib ki, yeni modelin tətbiqi son illərdə həyata keçirilən layihələrin davamı kimi qiymətləndirilə bilər:

Bu fərmanın imzalanması məktəbəqədər təhsil sahəsində mühüm dəyişikliklərə yol aça bilər. Amma nəzərə almaq lazımdır ki, fərman imzalandıqdan sonra üç ay ərzində onun tətbiq modeli hazırlanmalı və təsdiqlənməlidir. Hazırda həmin modelin hansı formada qurulacağı, dövlət-özəl-valideyn əməkdaşlığının necə tənzimlənəcəyi ilə bağlı konkret detallar məlum deyil.

Əslində buna bənzər mexanizm son illərdə layihə şəklində tətbiq olunurdu. Özəl bağçalar layihəyə qoşularaq müəyyən dövlət dəstəyindən yararlanır, aylıq ödənişin bir hissəsi dövlət, qalan hissəsi isə valideyn tərəfindən qarşılanırdı. Yeni modelin də bu təcrübə əsasında qurulacağı ehtimal olunur.

Hesab edirəm ki, bu maliyyələşmə modeli ilk növbədə dövlət bağçalarında mövcud sıxlığın azalmasına kömək edəcək. Hazırda bağçalarda hər qrup üzrə uşaq sayı məhdudlaşdırılıb və bu da yerlərin çatışmazlığı problemini daha qabarıq göstərir. Yeni mexanizm sayəsində dövlət bağçasına yerləşə bilməyən, lakin özəl bağçaların ödənişlərini tam qarşılamaq imkanı olmayan ailələr dəstək alaraq uşaqlarını özəl məktəbəqədər təhsil müəssisələrinə yönləndirə biləcəklər.

Digər mühüm məsələ özəl bağçalara nəzarətin güclənməsidir. Dövlət maliyyə ayırdığı halda həmin vəsaitin necə xərcləndiyini də izləməlidir. Bu isə qidalanma, tədris prosesi, idarəetmə və kadr seçimi sahələrində daha ciddi nəzarət mexanizmlərinin formalaşmasına səbəb olacaq. Hesab edirəm ki, gələcəkdə özəl bağçalarda çalışan əməkdaşların seçimində də daha şəffaf və standartlara uyğun yanaşmalar tətbiq oluna bilər.

Bu model lisenziyasız fəaliyyət göstərən bağçalar üçün də stimul rolunu oynayacaq. Çünki dövlət proqramlarından yararlanmaq istəyən müəssisələr fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmağa çalışacaqlar. Nəticədə həm xidmət keyfiyyəti yüksələcək, həm də məktəbəqədər təhsil sahəsində şəffaflıq artacaq.

Məncə, gələcəkdə məktəbəhazırlıq və inkişaf mərkəzlərinin də bu prosesə cəlb olunması müsbət nəticələr verə bilər. Hazırda çox sayda uşaq müxtəlif hazırlıq mərkəzlərinə gedir, lakin onların bir hissəsi rəsmi statistikada əks olunmur. Yeni təşviq mexanizmləri tətbiq edilərsə, məktəbəhazırlıq prosesinə cəlb olunan uşaqların sayı daha da artacaq və bu da ümumi təhsil keyfiyyətinə müsbət təsir göstərəcək.”

Oxşar xəbərlər

Bütün xəbərlər