Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Təmayül sinifləri: Təhsil islahatıdır, yoxsa yeni oyun...

Təmayül sinifləri, şagirdlərin 10-11-ci siniflərdə öz maraq və gələcək ixtisas seçimlərinə uyğun fənləri daha dərindən öyrənməsi üçün yaradılmış bir sistemdir. Məsələn, humanitar, riyaziyyat-iqtisadiyyat, təbiət elmləri və ya peşə təmayüllü siniflər mövcuddur. Burada məqsəd şagirdi lazım olmayan fənlərlə yükləməyib, onun qəbul imtahanı verəcəyi və ya yönələcəyi sahəyə fokuslamaqdır.

İndi, gəlin, reallığa baxaq. Həqiqətən bizi nə gözləyir?!

1. "Baza məktəbi" oyunu: Kağız üstündə optimallaşdırma, reallıqda kənd uşaqlarının təhsildən qopması

Nazirliyin yanaşması sadədir: əgər kənddəki məktəbdə 10-11-ci sinifdə oxumaq üçün bəstəboy sayda (məsələn, 15 nəfərdən az) şagird varsa, orada təmayül sinfi açılmır. Uşaqlar yaxınlıqdakı böyük bir "baza məktəbinə" yönləndirilir.

Bakıda vəziyyət nisbətən normaldır. Hansı ki, son aylarda yaşadığımız yağış problemlərini görməzdən gəlsək...Amma gəlin dağ kəndinin reallığına enək:

Bərbad yollar və nəqliyyat problemi: Qışın oğlan çağında ucqar bir kənddən digərinə uşaq necə getməlidir? Dövlət bu uşaqlar üçün xüsusi avtobus ayırırmı? Xeyr.

Qızların təhsildən yayındırılması: Regionlarımızın mental reallıqları hamımıza bəllidir. Valideyn, xüsusilə də qız uşağının hər gün kilometrlərlə yol qət edib başqa kəndə, mərkəzə getməsinə icazə vermir. Nəticədə nə baş verir? Qız uşaqları məktəbdən ayrı düşür. Rayonlarda, kəndlərdə yuxarı siniflər bağlanır və uşaqlar 9-cu sinifdən sonra təhsildən tamamilə qopur.

2. Müəllimin çiyninə qoyulan yük və boş qalan vədlər
Təmayül sinfində dərs demək adi sinifdə dərs keçməyə bənzəmir. Müəllim bura daha ağır proqramla, universitet səviyyəli materiallarla gəlməlidir. Çünki hədəf uşağı birbaşa imtahana hazırlamaqdır.

Bəs dövlət bu ağır yükün müqabilində müəllimə nə təklif edir? Heç nə.Müəllim adi sinifdə keçdiyi rahat dərs saatına görə hansı maaşı alırsa, təmayül sinfində tökdüyü tərin müqabilində də eyni maaşı alır. Belə olan halda müəllimdə hansı stimul qalır? Təbii ki, bu sistem müəllim üçün sadəcə əlavə inzibati əziyyətə və kağız-kuğuz işinə çevrilir. Üstəlik, Bakının mərkəzində güclü repetitor-müəllimi məktəbə cəlb etmək bəlkə mümkündür, bəs ucqar kənddə şagirdi Blok imtahanına sıfırdan hazırlayacaq o "təmayül səviyyəli" kadr haradadır?

3. Repetitorluq ləğv olundu? Əksinə, repetitorların işi asanlaşdı!
Sistemin ən böyük iddialarından biri o idi ki, təmayül sinifləri gələcək və repetitor asılılığı bitəcək. Bu gün bu iddiaya ancaq acı-acı gülmək olar.
Valideyn məktəbə inanmır. Çünki Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanda saldığı qəliz, məntiqi suallarla, məktəb dərsliklərinin səthi məzmunu arasındakı uçurumu hamı görür. Paradoxal olaraq, təmayül sinifləri repetitorların işini asanlaşdırıb. Əvvəllər şagird məktəbdə 15 fəndən qiymət almaq, qiymət xatirinə oxumaq üçün vaxt itirirdisə, indi rəsmi şəkildə 4-5 fənnə fokuslanır, digər dərslərdən "canını qurtarır" və qalan bütün vaxtını yenə repetitor yanında keçirir. Yəni məktəb alternativ təhsil mərkəzinə çevrilmədi, sadəcə repetitorlar üçün rahat "baza" rolunu oynamağa başladı.

4. "Jurnal xatirinə" qurulan sistem
Bir çox məktəb direktoru yuxarı orqanlara "bizdə də təmayülləşmə uğurla gedir" hesabatı vermək üçün süni siniflər yaradır. Şagirdlərin fərdi potensialı, istəyi heç kimi maraqlandırmır. Sinif dolsun deyə uşaqları kütləvi şəkildə eyni qrupa (məsələn, hamını III qrupa) yığırlar. Bu isə təmayülün fundamental ideyası olan
fərdi yanaşma" prinsipini elə kökündən baltalayır.

Təmayül sinifləri ideya olaraq pis deyil, dünya praktikasında özünü doğrultmuş modeldir. Amma bizdə növbəti dəfə **"yaxşı ideyanın bərbad icrası"** ssenarisi yaşanır.

Təhsil Nazirliyi məktəbləri binaların sayına görə yox, keyfiyyətə görə idarə etməlidir. Regional logistika (məktəb avtobusları) təmin edilmədən, təmayül sinfində dərs deyən müəllimlər üçün xüsusi, yüksək əməkhaqqı sistemi yaradılmadan və ən əsası – DİM imtahanları ilə məktəb proqramı sinxronlaşdırılmadan bu sistem kağız üzərində uğurlu hesabat, real həyatda isə sadəcə gözdən pərdə asmaq olaraq qalacaq. Camaatın da "məktəbləri bağlayırlar" qorxusu hələ uzun müddət davam edəcək.

Oxşar xəbərlər

Bütün xəbərlər