Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Lisey və gimnaziyalara qəbula start verilir

Mayın 12-dən 2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbuluna start verilir.

Elm və Təhsil Nazirliyindən "tehsilmedia.info"a verilən məlumata görə, sözügedən lisey və gimnaziyalara ərizə qəbulu https://sy.edu.az portalı üzərindən həyata keçiriləcək. Ərizə qəbulu prosesi 6 iyun tarixinədək davam edəcək.

Valideyn (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində "Sorğu yerləşdir” bölməsinə daxil olaraq "Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar.

İmtahan zamanı şagirdlərə tədris dili və riyaziyyat fənləri üzrə tapşırıqlar təqdim ediləcək.

Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq:

• 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün);

• 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);

• 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı təqdim edilib. Lisey və gimnaziyalar barədə ətraflı məlumat ilə https://sy.edu.az elektron sistemində "Mərkəzi imtahan liseyləri” bölməsindən tanış ola bilərsiniz.

Dövlət hesabına yataqxana və yeməkxana ilə təmin olunan lisey və gimnaziyalar:

- Bakı şəhəri S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası;
- Bakı şəhəri A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;
- Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
- Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
- Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyi;
- Şəki şəhəri Kimya, biologiya təmayüllü lisey;
- Şəmkir şəhəri Kimya, biologiya təmayüllü lisey;
- Şirvan şəhəri Kimya, biologiya təmayüllü lisey;
- Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
- Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
- Ağdaş şəhəri M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
- Biləsuvar şəhəri texniki fənlər təmayüllü məktəb-lisey;
- Gəncə şəhəri Xarici dillər təmayüllü gimnaziya.

Digərləri:

- Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey;
- Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;
- Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;
- Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;
- Bakı şəhəri Texniki-humanitar lisey;
- Bakı şəhəri 291 nömrəli ekologiya liseyi;
- Bakı şəhər 173 nömrəli tam orta məktəb;
- Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
- Ağstafa şəhəri Texniki-humanitar təmayüllü lisey;
- Şamaxı şəhəri Texniki, humanitar və təbiət təmayüllü lisey;
- Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəb;
- Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
- Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
- Sumqayıt şəhəri İstedad liseyi;
- Sumqayıt şəhəri N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
- Sumqayıt şəhəri Təfəkkür liseyi;
- Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya;
- Qobustan şəhəri 2 nömrəli tam orta məktəb;
- Masallı şəhəri Dəfinə məktəb-liseyi.

Oxşar xəbərlər

Bütün xəbərlər