Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Təəccüb doğuran statistika

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı bu rəqəmlər, əslində təhsilimizdə illərdir davam edən ən ağrılı yaraya —şişirdilmiş qiymətlər və əzbərçilik sisteminə tutulan güzgüdür. Hər nə qədər DİM və ETN arasında davam edən mübahisə olsa da, doğru sözə nə demək olar...
Bu statistika insanı düşünməyə və reallığa çağırır.

Məktəbdə hamının heyran olduğu, jurnalı "5"-lərlə dolu olan bir "əlaçı" imtahanda 0-100 və ya 100-200 bal toplayırsa, burada günahı təkcə uşaqda yox, bütövlükdə sistemdə axtarmaq lazımdır. Səbəblər isə hamımıza məlumdur:

"Yaxşı uşaqdır" deyib yazılan 5-lər:
Etiraf edək ki, məktəblərimizdə qiymətləndirmə çox vaxt obyektiv aparılmır. Dərsdə sakit oturan, intizamlı, müəllimin sözünə baxan şagirdlərə çox vaxt real biliyinə baxmadan, "gözüyumlu" əla qiymətlər yazılır. Məktəb rəhbərliyi də hesabatlarda "əlaçı faizimiz yüksək olsun" deyə buna göz yumur. KSQ və BSQ-lər bir çox hallarda formal xarakter daşıyır.

Əzbərçilik və məntiqi təfəkkür:
Məktəbdəki dərslər və qiymətləndirmə çox vaxt hafizəyə söykənir. Şagird mövzunu əzbərləyir, müəllimə danışır və "5" alır. Amma DİM-in imtahanları tam fərqlidir. Orada əzbər yox, məntiq, təhlil, tənqidi düşüncə və situasiya sualları önə çıxır. Sadəcə əzbərləməyə öyrəşən şagird bu fərqli sualları görəndə tamamilə aciz qalır.

Ucqar məktəblərdəki nəzarətsizlik:
Bu cür acınacaqlı nəticələr daha çox daxili nəzarətin zəif olduğu, müəllim çatışmayan bəzi bölgə və kənd məktəblərində yaşanır. Jurnalda dərslər "əla" gedir, amma reallıqda ortada heç bir baza olmur.

"Əlaçı" adını daşıyan uşaqların üzərində həm ailənin, həm də məktəbin böyük bir yükü olur. "Birdən az bal yığaram, rüsvay olaram" qorxusu imtahanda elə bir stress yaradır ki, uşaq həyəcandan bildiyini də unudur. Amma təbii ki, 0-100 bal diapazonunu təkcə stresslə sığortalamaq olmaz, ortada ciddi bir savadsızlıq da var.

Bu statistika bir daha sübut edir ki, məktəbin yazdığı qiymət artıq real biliyin göstəricisi deyil. Qiymətləndirmə sistemi tamamilə yenilənməli, saxta "əlaçı" statistikası arxasınca qaçmaq yox, şagirdlərə tətbiq və təhlil bacarıqları öyrədilməlidir. Əks halda, hər il bu cür acı reallıqlarla qarşılaşmağa davam edəcəyik.

Tehsilmedia.info saytının baş redaktoru Sakit Muradov

Oxşar xəbərlər

Bütün xəbərlər