244 saylı məktəbdə rüşvət və təhqir iddiası: “Haqq verməyənlər işdən çıxarılır”
Yeni ilə az qalmış məktəbə əvəzedici direktor olaraq gəlmiş Şəfa Qurbanova gələn kimi bütün direktor müavinlərinə (zavuçlara) tapşırıq verib ki, bir nəfər kimi “Kim mənimlə işləmək istəyirsə, gəlsin haqq versin. Haqqı vermək istəməyən könüllü şəkildə ərizəsini yazsın”. Eyni zamanda direktor müavinlərinə ciddi tapşırıq verib ki, onlar və rəhbərlik etdikləri siniflər təcili şəkildə onun yeni ilini təbrik etməlidirlər. Özü ilə bərabər ştatdan kənar gətirdiyi 3 nəfər işçi bütün gün müəllimlərin işinə qanunsuz şəkildə müdaxilə edir. Şəfa xanım isə öz növbəsində bildirir ki, “Həmin şəxslərin dediyi sözlər və əmrlər mənim tapşırığımdır”.
Məktəbdə laborantdan tutmuş texniki işçiyə kimi hər kəs haqq verməlidir. Haqq verməyənlər işdən azad olunublar. BŞTİ-dəki öz yaxın rəfiqələrini yığıb məktəbdə hökmranlıq edir. Direktor müavinlərinə ağıza alınmayacaq, nalayiq ifadələr işlədib onları təhqir edir. Bunların başında Turanə adlı şəxs dayanır.
Tehsilmedia.info bildirir ki, “Son zəng” tədbiri ilə bağlı hər şagirddən 150 manat pul yığılıb. İndi isə məktəbdə yeni yığım başlayıb: 4-cü sinfi bitirən siniflərin rəhbərliyini 1000–2000 manata, 3 saat artıq dərsi isə 1000 manata satır. Və bütün müəllimlərə ciddi tapşırıq verib: “300 manatdan təmir pulu yığılsın”.
Şagirdləri dəhlizdə görəndə, səs saldıqlarını eşidəndə təhqiramiz ifadələr işlədir və işlətdiyi ən yüngül ifadələr “çındırlar”, “cındır uşağı”dır. Hansı ki məktəb təlim-tərbiyə ocağıdır və şagirdlər bizim gələcəyimizdir. Bu zaman məktəbdə hansı təlim-tərbiyədən, hansı düzgünlükdən söhbət gedə bilər?
Özü ilə gətirdiyi işçilər ştatlı işçi deyil, amma məktəbdə hökmranlıq edirlər. Allahverdiyev Xaqani, Şükürov Emin, İsmayılov Anar, Dadayev Vüsal, Abbasova Səidə adlı şəxslər isə məktəbin ştatlı işçiləri ola-ola işdən azad ediliblər. Adı çəkilmiş şəxslərə məcburi şəkildə ərizə yazdırılıb, lakin Kazımova Günel lazımi yerlərə şikayət etmişdir. Adı çəkilmiş şəxslər texniki işçilərdir və onlardan tələb olunmuş maddi vəsaiti verə bilmədiklərinə görə işdən “öz ərizələri” ilə — məcburən azad ediliblər.
Xahiş edirik bu yazılanları yoxlayın. Yazılanlarda heç bir səhvlik yoxdur.
Hörmətlə, 244 saylı məktəbin bir qrup müəllim heyəti.


























