Məktəblilərimiz idman yarışlarında 4 063 medal qazanıb
Tədris ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 1 556 qızıl, 987 gümüş, 884 bürünc olmaqla, ümumilikdə 3 427 medal əldə ediblər.
Bu barədə "Aztəhsil.az" a BŞTİ-dən məlumat verilib.
Bundan əlavə, İdarənin tabeliyində fəaliyyət göstərən 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin üzvləri 2025-2026-cı tədris ili ərzində 48 yerli yarışda iştirak edərək 568 medal, (186 qızıl, 151 gümüş, 231 bürünc), 34 beynəlxalq yarışda iştirak edərək 68 medal (13 qızıl, 14 gümüş, 41 bürünc) qazanıb.


























