Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

Riyaziyyatdan şagirdlər geriləyir - “problem mənimsəmə deyil, çətin suallardır”

Ötən günlərdə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə çıxışı zamanı abituriyentlərin buraxılış imtahanındakı nəticələrinə toxunub. O bildirib ki, riyaziyyat fənni üzrə göstəricilər digər fənlərlə müqayisədə ürəkaçan deyil.
Qeyd etmək lazımdır ki, bu fikir əvvəlki illərdə də dəfələrlə səsləndirilib.

Maraqlıdır, şagirdlər niyə riyaziyyatı mənimsəməkdə çətinlik çəkirlər? Riyaziyyat həqiqətən bu qədər çətin fəndirmi? Nə üçün nəticələr ildən-ilə yaxşılaşmaq əvəzinə zəifləyir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən riyaziyyat müəllimi Nərgiz Şahmurova bildirib ki, nəticələrin zəif olmasının əsas səbəblərindən biri imtahan modelinin özüdür. Xüsusilə də ətraflı cavab tələb edən sualların çətinliyinin yüksək olması şagirdlər üçün ciddi çətinlik yaradır:

182214“Məlumdur ki, qapalı test sualları ilə müqayisədə ətraflı suallar iki dəfə daha çox bal verir. Lakin bu tip suallar yalnız düzgün cavabı tapmağı deyil, eyni zamanda düşüncə prosesini yazılı şəkildə ardıcıl və məntiqli formada ifadə etməyi tələb edir. Yəni şagird bir tərəfdən məsələni analiz etməli, digər tərəfdən isə onu düzgün və səliqəli şəkildə kağıza köçürməlidir. Bu isə xüsusilə imtahan zamanı yaranan stress və həyəcan fonunda olduqca çətin bir prosesə çevrilir.

Bir çox hallarda şagird mövzunu anlayır, lakin fikrini yazılı şəkildə ifadə etməkdə çətinlik çəkir və nəticədə layiq olduğu balı toplaya bilmir. Bu isə real biliyin tam ölçülməməsinə gətirib çıxarır”.

Mühüm məqamlardan biri də illər keçdikcə sualların çətinlik səviyyəsinin artmasıdır:

“Buraxılış imtahanlarının ilkin məqsədi şagirdin baza biliklərini yoxlamaq və ona attestat almaq imkanı yaratmaq idi. Bu imtahanlar daha çox ümumi savad səviyyəsini ölçməli idi. Lakin hazırda sualların səviyyəsi xeyli yüksəlib və bəzi hallarda 10-11-ci sinif biliklərini, hətta daha dərin analiz qabiliyyətini tələb edir.

Halbuki buraxılış imtahanı ilə blok imtahanının məqsədləri fərqlidir. Buraxılış imtahanı minimum baza biliklərini yoxlamalıdır. Daha dərin və ixtisaslaşmış biliklər isə blok imtahanında qiymətləndirilməlidir. Məsələn, bütün şagirdlər üçün yüksək səviyyəli analiz bacarıqlarının tələb olunması praktik baxımdan hər zaman məqsədəuyğun deyil. Çünki hər şagird akademik istiqamət seçmir və onların gələcək peşə seçimləri fərqli olur.

Bu baxımdan buraxılış imtahanlarının çətinlik səviyyəsinin yenidən nəzərdən keçirilməsi vacibdir. Şagirdin əsas bilikləri sadə və aydın formada yoxlanılmalı, daha mürəkkəb bacarıqlar isə ixtisas imtahanlarına saxlanılmalıdır.

Nəticə olaraq demək olar ki, problem təkcə şagirdin riyaziyyatı mənimsəməsində deyil, həm də qiymətləndirmə mexanizminin balansında gizlənir. Məqsəd şagirdi çətinliklə üz-üzə qoymaq deyil, onun real bilik və bacarıqlarını düzgün şəkildə üzə çıxarmaq olmalıdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər