Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

İmtahan nəticələri aşağı düşərsə, blok sualları asanlaşacaq?

"Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələrini təhlil etdikdən sonra gəldiyi qənaət əsasında, blok imtahanlarında fərqli bir yanaşma tətbiq edə bilər".

Əgər bu il ümumi median göstəricisi ötən illərlə müqayisədə aşağı olarsa, bu, deməyə əsas verəcək ki, buraxılış imtahanları bu il daha çətin keçib və buna görə də ümumi nəticələr aşağıdır:

"Qeyd olunduğu kimi, 9 və 15 mart tarixlərində keçirilmiş imtahanlarla bağlı bəzi abituriyentlər, eləcə də repetitorlar, bəzi hallarda isə valideynlər tərəfindən müəyyən fənlər üzrə sualların çətinliyi ilə bağlı fikirlər səsləndirilib. Əlbəttə, əgər burada hər hansı çətinlik mövcuddursa və səsləndirilən fikirlər reallıqla üst-üstə düşürsə, biz bunu yalnız imtahan nəticələri elan olunduqdan sonra, ötən illərlə müqayisəli təhlil apardıqdan sonra deyə bilərik. Bu zaman cari ilin ümumi median göstəricisi müəyyənləşdirilərək əvvəlki illərlə müqayisə olunur və yalnız bundan sonra demək mümkün olur ki, bu ilki imtahanlar çətin olub, yoxsa asan.

Təbii ki, əgər bu il ümumi median göstəricisi ötən illərlə müqayisədə aşağı olarsa, bu, deməyə əsas verəcək ki, buraxılış imtahanları bu il daha çətin keçib və buna görə də ümumi nəticələr aşağıdır. Amma hazırda bunu demək mümkün deyil, çünki proses hələ emal və yoxlama mərhələsindədir. Bu barədə fikir bildirmək üçün ən azı mayın 10-na qədər gözləməliyik ki, imtahan nəticələri elan olunsun".

Nəzərə almaq lazımdır ki, suallar ən çətin səviyyədə deyil, hər bir abituriyentin ən azı müəyyən qədər cəhd edib cavablandıra biləcəyi səviyyədə formalaşdırılmalıdır:

"Qaldı həmin imtahan nəticələrinə, tutaq ki, nəticələr elan olunduqdan sonra həqiqətən də bu il göstəricilərin çətinlik səviyyəsinə görə aşağı olduğu ortaya çıxarsa, düşünürəm ki, Dövlət İmtahan Mərkəzi blok imtahanında, ən azı müəyyən qədər, buraxılış imtahanı ilə müqayisədə sualların qoyuluşuna bir qədər fərqli yanaşa bilər ki, abituriyentlər üçün daha əlçatan olsun. Çünki blok imtahanı, bildiyiniz kimi, buraxılış imtahanı ilə müqayisədə daha çətin prosesdir. Bu baxımdan ki, burada səhv cavablar doğru cavablara təsir göstərir, eyni zamanda sual sayı buraxılış imtahanına nisbətən daha çoxdur - ən azı beş sual artıqdır. Həmçinin burada qapalı tipli suallarla yanaşı açıq tipli və açıq yazılı suallar da, buraxılış imtahanında olduğu kimi, mövcuddur. Ona görə də düşünürəm ki, bu imtahana daha strateji yanaşmaq lazımdır.

Və əlbəttə ki, sualların bölgü prinsipi - asan, orta və çətin səviyyə qorunub saxlanılacaq. Amma nəzərə almaq lazımdır ki, suallar ən çətin səviyyədə deyil, hər bir abituriyentin ən azı müəyyən qədər cəhd edib cavablandıra biləcəyi səviyyədə formalaşdırılmalıdır.

Ümumilikdə isə balansın qorunması vacibdir ki, nəticələr kəskin şəkildə aşağı düşməsin. Çünki nəticələrin aşağı olması abituriyent kontingentinin daha çox dar bir intervalda formalaşmasına gətirib çıxara bilər və bu da rəqabət mühitini daha da gərginləşdirər. Təsəvvür edin ki, iştirakçıların təxminən 60-70 faizinin nəticəsi 200-400, 450 bal aralığında cəmləşir, bu isə kifayət qədər çətin bir vəziyyət yaradır.

Bu hal, təbii ki, yüksək ixtisaslar üzrə keçid ballarının müəyyən qədər aşağı düşməsi ilə nəticələnə bilər. Ona görə də düşünürəm ki, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələrini təhlil etdikdən sonra əldə olunan qənaət əsasında blok imtahanlarında yanaşmanı müəyyən qədər fərqli qura bilər".

Oxşar xəbərlər

Bütün xəbərlər