Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI

Məktəb tədbirləri: Bayram, yoxsa valideynlər üçün maddi yük?

​Son illər məktəblərdə keçirilən "Əlifba bayramı" və "Son zəng" tədbirlərinin formatı tamamilə dəyişib. Əvvəllər şagirdlərin yaddaşında xoş iz buraxan sadə yığıncaqlar, ev şənlikləri və ya görməli yerlərə gəzintilər təşkil olunardısa, indi vəziyyət fərqlidir.

Təmtəraqlı restoranlar, bahalı ziyafətlər və lüzumsuz dəbdəbə bir çox valideyn üçün ciddi narazılıq və maddi çətinlik mənbəyinə çevrilib.

​Artıq "Son zəng" hazırlıqlarına tədris ilinin ilk günlərindən başlanılır. Bu müddət ərzində valideynlər aşağıdakı xərclərlə üz-üzə qalırlar. Professional fotosessiyalar və video çəkilişlər, ​xüsusi rəqs dərsləri və mahnı hazırlıqları;, restoran sifarişləri və dəbdəbəli menyularını və s.

​Ən pisi odur ki, qrup daxilində elə bir mühit yaradılır ki, imkanı olmayan valideyn belə uşağı kənarda qalmasın deyə bu xərclərə "məcburən" razı olur. Bu, bayram deyil, sanki valideynlərin büdcə sınağına çevrilir.

​Müəllim əməyinə hörmətimiz sonsuzdur və çəkilən əziyyəti qiymətləndirmək hər bir şagirdin mənəvi borcudur. Lakin hədiyyə məsələsi artıq bir ənənədən çıxıb, sanki bir "məcburi öhdəliyə" çevrilib.

Müəllimlər günü, Yeni il və 8 Mart bayramlarında alınan hədiyyələr azmış kimi, "Son zəng"də də çox yüksək məbləğlərdə pul yığılması tələb olunur.
​Bu yığımlar artıq cüzi məbləğlərlə deyil, hər valideyndən 30, 50, hətta 100 manat civarında istənilir. Bir ailədə bir neçə məktəbli olduğunu nəzərə alsaq, bu, orta statistik Azərbaycan ailəsinin büdcəsi üçün ağır yükdür.

​Təhsil ocaqları elm və tərbiyə mərkəzidir, bahalı restoranların və maddi rəqabətin nümayiş olunduğu məkan deyil. Biz istəyirik ki, övladlarımız məktəbi bitirərkən restoran menyularını deyil, müəllimlərindən aldıqları öyüd-nəsihətləri və səmimi xatirələri yadda saxlasınlar.

Oxşar xəbərlər

Bütün xəbərlər