Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI

Buraxlış və qəbul imtahanları birləşdirlir?- AÇIQLAMA

Demək olar ki, hər il aprel ayında 9-cu siniflər üçün buraxılış imtahanı keçirilir. Bu imtahandan sonra isə şagirdlər hələ təxminən 2 ay məktəbə davam etməli olurlar. Lakin bu müddətdə əksər hallarda davamiyyət xeyli zəifləyir. Oxşar vəziyyət 11-ci siniflərdə də müşahidə olunur: onlar da buraxılış imtahanından sonra məktəbə getməlidirlər.

Ancaq nəzərə alsaq ki, 11-ci sinif şagirdlərini qarşıda qəbul imtahanları gözləyir və onların öyrənməli olduqları əlavə mövzular var, bu hal onlar üçün müəyyən qədər əsaslandırıla bilər. 9-cu siniflər üçün isə vəziyyət fərqlidir.

Belə ki, 9-cu sinfi bitirib peşə məktəbi və ya kollecə qəbul olmaq istəyən şagirdlər üçün seçim mərhələsi adətən yay aylarının sonlarına doğru aparılır.

Bu baxımdan sual yaranır: 9-cu sinif buraxılış imtahanının vaxtını dəyişərək onu məktəbdə tədrisin başa çatdığı dövrə təyin etmək mümkündürmü? Bu halda davamiyyətin daha yüksək səviyyədə təmin olunması mümkün olmazmı?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən, təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, 9-cu siniflərin imtahanlarını may ayına keçirməklə onların davamiyyətini yaxşılaşdırmaq olar:Bu uzunmüddətli səsləndirilən fikirdir ki, həm 11-ci siniflərdə, həm də 9-cu siniflərdə imtahanların keçirilməsi onların gələcək davamiyyətinə mənfi təsir göstərir. İmtahan bitdikdən sonra belə düşünülür ki, şagirdlər artıq buraxılış və ümumilikdə qəbul üçün imtahanı veriblər və bu da kifayətdir. Təbii ki, bu formada düşünmək tam doğru deyil. Çünki proses ərzində şagirdlər təkcə məktəblərdən bilik əldə etmirlər, eyni zamanda bacarıqlarını inkişaf etdirir, sosiallaşır və digər fəaliyyətlərini davam etdirirlər. Amma ümumilikdə, buna baxmayaraq, şagirdlər özlərini bir məsuliyyətdən azad olmuş kimi hiss edirlər və bu da davamiyyətə mənfi təsir göstərir.

İlk növbədə, 9-cu siniflər üçün mümkündür ki, imtahanların vaxtını may ayına keçirməklə onların davamiyyətini daha yaxşı şəkildə qorumaq təmin edilsin. Digər tərəfdən, 11-ci siniflər üçün isə bir neçə imtahanın, o cümlədən ikinci cəhd imtahanlarının keçirilməsi onları daha çox imtahanlara yönəldir. Bu isə növbəti aylarda öyrəniləcək dərslərdən yayınmalarına səbəb olur. Belə ki, mart, aprel və may aylarında onlar faktiki olaraq tədrisdən, yəni məktəbdən uzaqlaşırlar.

Gələcəkdə planlar belədir ki, imtahanlar bəlkə də bir mərhələdə keçirilsin, yəni buraxılış və qəbul imtahanları əvvəlki kimi birləşdirilsin. Bu halda imtahanların vaxtı daha sonrakı aylara keçirilə bilər ki, bu da qeyd olunan problemlərin qarşısını ala bilər. Bu məsələ aidiyyəti üzrə müzakirə olunur və qəbul olunduğu təqdirdə qeyd olunan problemlər aradan qaldırıla bilər"

Oxşar xəbərlər

Bütün xəbərlər