Şimal -qərb bölgəsində Rəqəmsal bacarıqlar, STEAM və informatika dərslərinin tətbiqi genişlənir
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində Rəqəmsal bacarıqlar, STEAM və informatika dərslərinin müasir tələblər əsasında təşkili genişlənməkdə davam edir.
Belə ki, şimal-qərb bölgəsinin bir sıra məktəblərində şagirdlər robototexnika, proqramlaşdırma, rəqəmsal alətlərdən istifadə və layihəəsaslı öyrənmə istiqamətləri üzrə praktiki məşğələlərə cəlb olunurlar.
Təhsil müəssisələrində müxtəlif yaş qrupları üçün “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, 3D çap və CNC, mexatronika, dron texnologiyaları və digər istiqamətlər üzrə dərslər təşkil olunur.
Qeyd edək ki, şimal-qərb bölgəsində fəaliyyət göstərən Zaqatala şəhər Z. Murtuzəliyev adına 1 nömrəli tam orta məktəb və Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə fəaliyyət göstərən 2 STEAM mərkəzi ilə yanaşı, hazırda 15 ümumtəhsil məktəbinin 104 sinfində 7 096 nəfər şagirdə STEAM dərsləri , 47 məktəbin 347 sinfində isə 19 min nəfərə yaxın şagirdə Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində dərslər keçirilir.




























