Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI



Astara rayonunda fəaliyyət göstərən ingilis dili müəllimi Babək Rzazadə tədris prosesində yenilikçi yanaşmaları ilə seçilən pedaqoqlardandır. O, şagirdlərin ingilis dili bacarıqlarını daha effektiv inkişaf etdirmələri üçün xüsusi mobil tətbiq hazırlayaraq onların istifadəsinə təqdim edib.
AzEdu.az Təhsil Portalı bu təşəbbüsün yaranma səbəbləri, tətbiqin şagirdlərə faydası və ümumilikdə tədris prosesinə təsiri ilə bağlı müəllimlə həmsöhbət olub.

Babək Rzazadə 10 ildir pedaqoji fəaliyyət göstərir. O, 2013-cü ildə Lənkəran Dövlət Universitetini bitirib, daha sonra 2016-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ingilis dilində mühasibatlıq ixtisası üzrə magistr təhsili alıb.

İlk 2 il Lerik rayonunda çalışan Babək müəllim daha sonra bir il Şahbuz kəndində fəaliyyət göstərib. O, artıq 8 ildir Astara şəhər 1 nömrəli məktəbdə ingilis dili müəllimi kimi çalışır. Eyni zamanda "Fulbright" proqramı çərçivəsində ABŞ-də təhsil almaq imkanı qazanaraq Montana Universitetində də təhsil alıb.

- Babək müəllim, hazırladığınız mobil tətbiq barədə məlumat verməyinizi istərdik. Bu layihənin əsas məqsədi nə idi və şagirdlərin ingilis dili bacarıqlarının inkişafına konkret olaraq hansı töhfələri verirdi?

- Bu layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant Müsabiqəsi çərçivəsində qazandığım ilk layihələrdən biri idi. Platforma həm Android, həm də iOS cihazlarda işləyirdi. Layihənin əsas ideyası pandemiya dövründə formalaşdı. Karantin səbəbindən şagirdlər məktəbdən uzaq qaldığından onların ingilis dili üzrə özünüinkişafı üçün əlçatan və ödənişsiz resursa ehtiyac yaranmışdı.

Platformada şagirdlər üçün oxuyub-anlama və dinləyib-anlama bacarıqlarını inkişaf etdirən testlər yerləşdirilmişdi. İstifadəçi mətni oxuyur, sualları cavablandırır və ya dinləmə materiallarını dinləyərək tapşırıqları yerinə yetirirdi. Nəticələr isə dərhal sistem tərəfindən göstərilirdi.

Layihənin əsas hədəf qrupu 9, 10 və 11-ci sinif şagirdləri idi. Həmin dövrdə resursların məhdud olması səbəbindən bu platforma onların imtahan hazırlığında mühüm dəstək rolunu oynadı.

- Təxminən neçə nəfər bu platformadan istifadə edib?

- Dəqiq rəqəmi demək çətindir, lakin yadımda qalan təxminən 9 minə yaxın istifadəçi qeydiyyatdan keçmişdi.

- Layihə hazırlayarkən əsas çətinliklər nələr idi və bu prosesi necə idarə edirdiniz?


- Bu mənim ilk qrant layihəm idi və kifayət qədər çətin proses oldu. Üstəlik, layihə pandemiya dövrünə təsadüf edirdi. Həm platformanın hazırlanması, həm də layihə çərçivəsində hesabatların yazılması böyük məsuliyyət tələb edirdi.

Bütün məzmunu özüm hazırlamışam.

Üç ay ərzində fasiləsiz işləyərək 75 mətn və hər biri üçün 8 sual (açıq və qapalı) hazırladım. Bundan əlavə, 75 dinləmə mətni yazıb özüm səsləndirdim və hər biri üçün ayrıca suallar tərtib etdim. Daha sonra bu materialları proqramçıya təqdim edərək platforma şəklinə saldıq.

Bu proses çox zəhmətli və yorucu olsa da, istifadəçilərin müsbət rəylərini gördükdən sonra bütün zəhmətin buna dəyər olduğunu anladım.

- Regionlarda internetin zəif olması tətbiqin istifadəsinə təsir edirdi?

- Bu məsələni əvvəlcədən nəzərə almışdıq. Platformanın üstün cəhətlərindən biri o idi ki, istifadəçi onu bir dəfə yüklədikdən sonra internetə ehtiyac olmurdu. Yəni şagirdlər zəif internet olan bölgələrdə belə rahatlıqla istifadə edə bilirdilər.

- Hazırda üzərində işlədiyiniz və ya planlaşdırdığınız layihələr varmı?

- Hazırda “Smart English” adlı layihə üzərində işləyirəm. Bu layihə platforması üzərindən həyata keçirilir. Artıq 6 aydır ki, məktəbimizdə seçilmiş 20 şagirdlə bu proqram vasitəsilə interaktiv şəkildə ingilis dili öyrənirik.

Şagirdlər "premium" versiyadan istifadə edərək müstəqil şəkildə dil bacarıqlarını inkişaf etdirirlər. Hətta bu layihə çərçivəsində “Duolingo gecəsi” adlı tədbir də keçirmişik. Bu layihə əvvəlki tətbiqin daha inkişaf etmiş davamı hesab oluna bilər.Bundan əlavə, keçən il ekologiya mövzusunda “EcoProfess” adlı təlim layihəsini də uğurla həyata keçirmişəm.

- Mobil tətbiq ideyası şəxsi təşəbbüs idi, yoxsa şagirdlərlə birlikdə formalaşıb?

- İdeya əsasən şəxsi təcrübəmdən yarandı. Kənd məktəbində işlədiyim dövrdə resurs çatışmazlığını açıq şəkildə görürdüm. Şagirdlərin imkanları məhdud idi və əlavə materiallara çıxış çətin idi.

Əvvəlcə özüm müxtəlif materiallar hazırlayıb şagirdlərə verirdim. Sonradan bu ideyanı daha geniş platformaya çevirmək qərarına gəldim. Bir müəllim həmkarım da bu ideyanı qrant layihəsinə çevirməkdə mənə dəstək oldu.

- İngilis dili müəllimi kimi sertifikasiya imtahanında iştirak etmisiniz. Nəticəniz necə oldu və ümumilikdə bu imtahan prosesini necə qiymətləndirirsiniz?

182259

- Bəli, sertifikasiya imtahanında iştirak etmişəm. Test mərhələsindən 58, müsahibədən 40 bal - ümumilikdə 98 bal toplamışam. Sertifikasiyanı çox yüksək qiymətləndirirəm. Bu proses müəllimlərin öz üzərində işləməsinə ciddi motivasiya verir. Düzdür, yalnız bal hər şeyi müəyyən etmir, amma müəllimin ümumi hazırlıq səviyyəsini ortaya qoyan vacib göstəricidir.

- Regionlarda şagirdlərin ingilis dili hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz?

- Ümumilikdə əvvəlki illərlə müqayisədə inkişaf var. Resurslar artıq daha əlçatandır. Amma yenə də çatışmazlıqlar qalır. Əsas problemlərdən biri bəzi müəllimlərin innovativ yanaşmalara tam açıq olmamasıdır. Bundan əlavə, dərslərin çox vaxt Azərbaycan dilində aparılması şagirdlərin danışıq bacarığını zəiflədir.

Hesab edirəm ki, ingilis dili öyrənmək üçün danışıq (speaking) mütləqdir. Bu istiqamətdə daha çox iş görülməlidir. Ümumi qiymətləndirmə olaraq səviyyəni orta hesab edirəm.

- Bu il şagirdləriniz arasında yüksək nəticə göstərənlər oldumu?

- Bəli, yüksək nəticə göstərən şagirdlərimiz var. 90 bal toplayan, həmçinin 70+ və 60+ nəticə göstərən şagirdlər olub. Amma eyni zamanda zəif nəticə göstərənlər də var. Bu, region məktəbləri üçün normaldır, çünki siniflərdə fərqli səviyyəli şagirdlər olur.

- Gələcək plan və məqsədləriniz nələrdir?

- Əsas məqsədim şagirdlərin ingilis dilini yalnız imtahan üçün deyil, real ünsiyyət vasitəsi kimi öyrənməsidir. Onların dünyaya açıq, özünə inamlı və təşəbbüskar fərdlər kimi yetişməsini istəyirəm.

Eyni zamanda şagirdlərdə liderlik, tənqidi düşüncə, komanda işi və sosial məsuliyyət kimi bacarıqların inkişafını vacib hesab edirəm.Arzum budur ki, gələcəkdə şagirdlərimin uğurlarını görəndə onların inkişafında mənim də az da olsa payımın olduğunu hiss edim.

Oxşar xəbərlər


Bütün xəbərlər

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil