Xəbər lentiwidget-title-icon

“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir
Gəncədə şagird bıçaqlandı - Şübhəli məktəb yoldaşıdır gencede-sagird-bicaqlandi
“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar”
ADNA-da törədilən terror aktından 17 il ötür
"Son zəng"də məzunlara fərqli geyimdə iştiraka icazə verən məktəb rəhbərliyi cəzalandırılacaq - AÇIQLAMA
Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir

“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”


“Təhsil artıq “xidmət” deyil, strateji resursdur. Bəzi ekspertlər haqlı olaraq təhsili “yeni neft” adlandırır…”

“Müəllim yalnız dərs deyən deyil, qlobal kurs yaradan olmalıdır…”

“Bu tendensiya davam edərsə, Azərbaycan gələcək iqtisadiyyatın əsas seqmentindən kənarda qalacaq…”

“Ən mühüm məqam budur ki, artıq seçim yoxdur. Universitetlər ya transformasiya olacaq, ya da mövcudluğunu itirəcək…”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti, İKT mütəxəssisi İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Rəqəmsal inkişaf və təhsil: ölkənin strateji dönüş nöqtəsi...” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrinin
inkişafı ilə bağlı qəbul edilən yeni dövlət qərarları ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm mərhələdir. Prezident tərəfindən imzalanmış fərman yalnız texnoloji yenilənmə sənədi deyil, həm də iqtisadi modelin transformasiyasına yönəlmiş strateji yol xəritəsidir. Bu sənədin əsas məqsədləri sırasında rəqəmsal suverenliyin gücləndirilməsi, milli texnoloji potensialın inkişafı və innovasiya əsaslı iqtisadiyyata keçidin sürətləndirilməsi xüsusi yer tutur.

Bu qərarın davamı olaraq Rəqəmsal İnkişaf Şurasının yaradılması dövlət idarəçiliyində koordinasiyanın gücləndirilməsi baxımından vacib addımdır. Lakin burada əsas sual yaranır: bu struktur real transformasiya yaradacaqmı, yoxsa əvvəlki təşəbbüslərin taleyini paylaşacaq?..

Postneft dövrü və insan kapitalının rolu...

Azərbaycanın postneft dövrünə keçidi artıq seçim deyil, zərurətdir. Bu keçidin əsas dayağı isə insan kapitalıdır. Rəqəmsal iqtisadiyyatın inkişafı yalnız texnologiya ilə deyil, həmin texnologiyanı yaradan, idarə edən və inkişaf etdirən insan resursları ilə mümkündür.

Məhz bu nöqtədə təhsil sistemi həlledici rol oynayır. Çünki rəqəmsal transformasiya yalnız texniki modernləşmə deyil, həm də düşüncə tərzinin dəyişməsidir. Təəssüf ki, son 25 ildə Azərbaycanda nə insan kapitalının sistemli inkişafı, nə də təhsilin rəqəmsallaşması sahəsində ciddi və davamlı uğurlar əldə olunmayıb.

Təhsildə həyata keçirilən informasiyalaşma layihələri çox vaxt fragmentar, səmərəsiz və yüksək maliyyətli olub. Bu layihələr real nəticə vermək əvəzinə daha çox imitasiya xarakteri daşıyıb. Nəticədə bu gün Azərbaycan hələ də fundamental bir problemi həll edə bilməyib: funksional və effektiv distant təhsil sistemi qurmaq.Distant təhsil paradoksu...

Maraqlı və eyni zamanda narahatedici məqam ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi distant təhsilə ehtiyac duyduğu halda belə bu sistemi qurmaqdan yayınır. Pandemiya dövrü bu problemin nə qədər dərin olduğunu açıq şəkildə göstərdi.

Digər ölkələr bu dövrü transformasiya fürsətinə çevirərkən, Azərbaycanda distant təhsil yalnız “məcburi vəziyyətdən çıxış yolu” kimi qəbul edildi. Bu yanaşma strateji baxışın olmadığını açıq şəkildə ortaya qoydu. Nəticədə 2026-cı ildə, belə biz hələ də “distant təhsil necə qurulmalıdır?” sualını müzakirə edirik. Bu isə qlobal kontekstdə ciddi gerilik deməkdir.

Qlobal onlayn təhsil bazarı: yeni iqtisadi reallıq…

Bu gün təhsil artıq lokal xidmət sahəsi deyil, qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən sektorlarından biridir. Müxtəlif qiymətləndirmələrə görə, qlobal onlayn təhsil bazarının həcmi 2024-cü ildə 50–60 milyard dollar arasında dəyişir və 2030-cu ilə qədər bu rəqəmin 130 milyard dolları keçəcəyi proqnozlaşdırılır. Daha geniş modellərdə isə bu bazarın 500 milyard dollara çatacağı ehtimal edilir. Bununla yanaşı, qlobal ali təhsil bazarı artıq 1.5 trilyon dollara yaxınlaşır və bu bazarın ən dinamik hissəsi məhz rəqəmsal seqmentdir. Bu kontekstdə təhsil artıq “xidmət” deyil, strateji resursdur. Bəzi ekspertlər haqlı olaraq təhsili “yeni neft” adlandırır…Pandemiya həm də itirilmiş fürsət oldu…

Pandemiya dövrü universitetlər üçün tarixi fürsət idi. Bu dövrdə bir çox universitetlər rəqəmsal platformalar qurdular, yeni təhsil modellərini test etdilər, qlobal bazara çıxış əldə etdilər. Lakin Azərbaycanda bu fürsət istifadə olunmadı. Mövcud problemlər daha da dərinləşdi və sistem müvəqqəti həllərlə kifayətləndi...

Süni intellekt və platforma universitetlər mərhələsi…

Bu gün təhsil artıq yeni mərhələyə keçib:

• Süni intellekt təhsil prosesinə inteqrasiya olunur
• Fərdiləşdirilmiş öyrənmə standart hal alır
• Universitetlər platformaya çevrilir

Coursera və edX kimi platformalar artıq alternativ universitet modelidir. Bu isə klassik universitetlərin mövcudluğunu sual altına qoyur.

Əsas problem texnologiya deyil, düşüncədir…

Çox vaxt problem texnologiyanın olmaması kimi təqdim olunur. Halbuki əsas problem yanaşmadadır. Rəqəmsallaşma texniki layihə deyil – bu, idarəetmə modelinin dəyişməsidir. Universitetlər bunu hələ də anlamır və rəqəmsallaşmanı sadəcə IT məsələsi kimi qəbul edir…

Kadr böhranı və institusional zəiflik…

Rəqəmsal transformasiyanın uğursuzluğunun əsas səbəblərindən biri də kadr problemidir. Yeni yaradılan strukturlar çox vaxt formal xarakter daşıyır, peşəkar kadrlarla təmin olunmur, strategiya və resursdan məhrum olur. Nəticədə, struktur var, amma nəticə yoxdur.Universitetlərin yeni rolu...

Müasir dünyada universitetlər artıq təhsil verən qurum deyil, öyrənmə ekosistemidir, kontent istehsal mərkəzidir. Yeni modeldə modul əsaslı təhsil, fərdi öyrənmə trayektoriyası, həyatboyu təhsil əsas prinsiplərə çevrilir.

Oyundan çıxmaq riski...

Azərbaycan üçün əsas təhlükə sadəcə geridə qalmaq deyil. Əsas risk – oyundan çıxmaqdır. Çünki rəqəmsal uçurum genişlənir, qlobal platformalar bazarı ələ keçirir, yerli sistem adaptasiya olunmur. Bu tendensiya davam edərsə, Azərbaycan gələcək iqtisadiyyatın əsas seqmentindən kənarda qalacaq.

Çıxış yolu real strategiya qurmaqdır...

Mövcud vəziyyətdən çıxış mümkündür, lakin bu, radikal və sistemli yanaşma tələb edir:

1. Milli EdTech platforması. Azərbaycan və türk dünyası üçün çoxdilli (AZ, TR, EN) platforma yaradılmalıdır.

2. Universitetlərin transformasiyası. Universitetlər kontent istehsal edən mərkəzlərə çevrilməlidir.

3. Müəllimin rolunun dəyişməsi. Müəllim yalnız dərs deyən deyil, qlobal kurs yaradan olmalıdır...

4. Dövlət sifarişi modeli. Qısa müddətdə yüzlərlə kurs hazırlanmalı və qlobal platformalara inteqrasiya olunmalıdır.

Hamı ilə yox, düzgün seçilmiş seqmentdə rəqabət aparmalıyıq…

Azərbaycan bütün dünya ilə rəqabət apara bilməz. Lakin müəyyən sahələrdə güclü mövqe tuta bilər: enerji, logistika, dövlət idarəetməsi, regiona uyğun peşə bacarıqları. Seçim etməliyik...

Bu gün artıq sual “rəqəmsallaşmaq lazımdırmı?” kimi yox, biz nə qədər gecikmişik və bunun qiyməti nə olacaq?..

Əgər Azərbaycan bilik istehsal etməzsə, kontent ixrac etməzsə, platforma qurmazsa, onda gələcəyin iqtisadiyyatında yalnız istifadəçi olaraq qalacaq. Ən mühüm məqam budur ki, artıq seçim yoxdur. Universitetlər ya transformasiya olacaq, ya da mövcudluğunu itirəcək. Üçüncü yol yoxdur..."

Müəllif: dosent İlham Əhmədov"

Oxşar xəbərlər


Bütün xəbərlər

“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir
Gəncədə şagird bıçaqlandı - Şübhəli məktəb yoldaşıdır gencede-sagird-bicaqlandi