Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Qax şəhər 1 nömrəli tam orta məktəb 100 yaşını qeyd edib

Qax şəhər 1 nömrəli tam orta məktəb 100 yaşını qeyd edib

Oktyabrın 14-də Qax şəhər Dilarə Əliyeva adına 1 nömrəli tam orta məktəbin 100 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, rayon Təhsil sektorunun rəhbər şəxsləri, məktəbin məzunları, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Mədinə Heydərova çıxış edərək, qocaman təhsil ocağının yaranma tarixi, keçdiyi inkişaf yolu barədə danışıb. Bildirilib ki, məktəb Qori Müəllimlər Seminariyasının məzunu İslam bəy Qabulovun təşəbbüsü ilə yaradılıb və ötən müddət ərzində Azərbaycanda maarifin və təhsilin inkişafında xüsusi xidmətləri olub, neçə-neçə elm adamı, alim, nüfuzlu ziyalılar yetişdirib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, məktəb 2010-2011-ci tədris ilində “Ən yaxşı ümumi təhsil müəssisəsi” respublika müsabiqəsinin qalibi olub.

Qax Rayon İcra Hakimiyyətinin başçısı, məktəbin məzunu Musa Şəkiliyev kollektivi 100 illik yubiley münasibətilə təbrik edib, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, kollektivə işlərində müvəffəqiyyətlər arzulayıb. Bildirilib ki, son illər Qax rayonunda da təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülüb.

Diqqətə çatdırılıb ki, son 20 ildə rayonda 36 məktəb binası, 18 körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. O cümlədən Heydər Əliyev Fondu tərəfindən rayonda 3 məktəb binası və 2 körpələr evi-uşaq bağçası inşa edilib. Fondun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb proqrmı” çərçivəsində 2006-cı ildə bu təhsil ocağı üçün əlavə tədris korpusu da tikilib istifadəyə verilib.

Məktəbin bir qrup müəllimi Qax Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunublar.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışında təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu, təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məhz məqsədyönlü siyasət və düşünülmüş strategiyanın dayandığını diqqətə çatdırıb.

Regional Təhsil İdarəsinin müdiri daha sonra elm və təhsil naziri Emin Əmrullayevin Qax şəhər 1 nömrəli tam orta məktəbin kollektivinə ünvanladığı təbrik məktubunu oxuyub.

Məktəbin qabaqcıl müəllimlərinə Elm və Təhsil Nazirliyinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin fəxri fərmanları təqdim olunub.

Tədbirdə çıxış edən məktəbin məzunları və digər qonaqlar kollektivi əlamətdar yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıblar.

Gənc Heydərçilər kollektivə öz təbriklərini çatdırıblar.

Yubiley tədbiri bədii proqramla davam edib.

Oxşar xəbərlər

Bütün xəbərlər