Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı

“Sosial elmlər həyatı yaşamağa dəyər edən əsas sahələrdəndir və onların rolu gələcəkdə daha da güclənəcək.”

Bu barədə Pamukkale Universitetinin professoru Süleyman İnan Modern.az-a açıqlamasında bildirib.

Türkiyədə rezonans doğuran Ne Gerek Var Sosyal Bilimlere? İnsan ve Toplum Bilimleri Üzerine Sorgulamalar əsərinin müəllifi olan professor qeyd edib ki, süni intellektin sürətli inkişafına baxmayaraq, insan düşüncəsi hələ də əvəzolunmazdır:

“Süni intellekt böyük verilənlərə əsaslanır və həmin məlumatların hamısı sonda insan məhsuludur. İnsan şüuru və zəka isə yeganə və təkrarsızdır.”

Onun sözlərinə görə, son illərdə bəzi yazıçı və sənətçilərin süni intellekt sistemlərinin icazəsiz istifadə etdiyi materiallarla bağlı məhkəmə iddiaları qaldırması da bu məsələnin aktuallığını göstərir.

İnsan ruhu hələ tam kəşf olunmayıb

S. İnan vurğulayıb ki, insan zəkası və ruhu sonsuz bir sahədir və bu sahə tam şəkildə heç vaxt kəşf olunmayacaq:

“Məhz buna görə insan və cəmiyyətlə bağlı olan sosial elmlər heç vaxt aktuallığını itirməyəcək.”

Professor əlavə edib ki, dünyada bir çox universitetlər, xüsusilə ABŞ modelinin təsiri ilə, getdikcə daha çox “şirkət” kimi fəaliyyət göstərməyə başlayır və praktik faydaya üstünlük verir. Bu isə sosial elmlərin arxa plana keçməsinə səbəb olub.

Sosial elmlər təkcə bilik deyil, bacarıq formalaşdırır

Onun fikrincə, təhsildə sosial elmlərin mahiyyətində dəyişiklik baş verir:

“Artıq əsas məsələ yalnız məlumat vermək deyil, tənqidi düşüncə və sorğulama qabiliyyətini inkişaf etdirməkdir. Bu yolla bilik bacarığa çevrilir.”

S. İnan hesab edir ki, vicdan, əxlaq, kimlik və özünü dərk kimi anlayışlar məhz sosial elmlər vasitəsilə real məna qazanır.

Yaxşı həyatın açarı sosial elmlərdir

Professor qeyri-formal təhsilin də əhəmiyyətinə toxunaraq bildirib ki, insan məktəbdən sonra da dünya və cəmiyyət problemlərini anlamaq, varoluş suallarına cavab tapmaq və incəsənəti dərk etmək üçün sosial elmlərə ehtiyac duyur.

“Təbiət elmləri həyat şəraitimizi asanlaşdırır - ev tikirik, xəstəlikləri müalicə edirik. Amma sosial elmlər həyatı yaşamağa dəyər edir. Empati qurmağı, azad düşünməyi, hekayə yaratmağı bizə onlar öyrədir. Yəni sosial elmlər bizə ‘yaxşı həyat’ mədəniyyəti bəxş edir.”

Sonda professor qeyd edib ki, sosial elmlər yalnız akademik sahə deyil, həyat boyu davam edən dinamik bir fəaliyyət sahəsidir.

Oxşar xəbərlər

Bütün xəbərlər