Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndi şəhərində yeni filialını açıb.
Təhsil Kompleksindən Aztəhsil.az-a verilən məlumata görə, 25 illik təcrübə və güclü dəyərlərlə minlərlə şagirdin təhsil yoluna işıq salan MTK milli köklərə sadiq, beynəlxalq standartlara cavab verən təhsil modelini doğma Qarabağa daşıyır.
Xankəndi filialında 2026-2027-ci tədris ili üçün məktəbəqədər və ibtidai bölmələr üzrə şagird qəbulu artıq açıq elan edilib.



























