Xəbər lentiwidget-title-icon

Bu liseyin məzunları ali məktəbə qəbul ola bilməyib- ADLAR
Yay məktəbi, yoxsa yay işgəncəsi?
“Maliyyələşmə modeli dövlət bağçalarında sıxlığı azaldacaq”
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Rezidenturada məzunların 77 faizi 40 bal toplaya BİLMƏDİ
Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR
Təmayül sinifləri: Təhsil islahatıdır, yoxsa yeni oyun...
Təəccüb doğuran statistika
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ

BDU-da elmi seminar: “İranda türklər və türkologiya”

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində "Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasında "İranda türklər və türkologiya” mövzusunda elmi seminar keçirilib.

Bu barədə "tehsilmedia.info"a BDU-dan bildirilib.

Azərbaycan türkologiyasının görkəmli nümayəndəsi, uzun illər BDU-nun Türkologiya kafedrasına rəhbərlik etmiş, mərhum akademik Tofiq Hacıyevin anadan olmasının 87-ci ildönümünə və "Türkoloji araşdırmalar” ETL-in fəaliyyətə başlamasının 11 illiyinə təsadüf edən tədbirdə Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədli, İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri, professor Abbas Abbasov, "Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə”, "Türkoloji araşdırmalar” ETL-in əməkdaşları, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının magistrantları, Tələbə Elmi Cəmiyyətinin üzvləri iştirak ediblər.

Mövzu ilə bağlı məruzə edən "Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov öncə BDU-nun ölkəmizdə əsas türkoloji mərkəz kimi mühüm xidmətlərindən söz açıb, görkəmli dil tarixçisi Tofiq Hacıyevin türkologiyanın inkişafında və Cənubi Azərbaycandan ölkəmizə gələn soydaşlarımızın yetişməsində önəmli rol oynadığını diqqətə çatdırıb.

Məruzəçi qeyd edib ki, indi İran dövlətinin ərazisi kimi bilinən tarixi Azərbaycan torpaqlarında və digər yerlərdə minilliklər boyunca müxtəlif türk xalqları yaşayıblar və indi də yaşamaqdadırlar. Onlardan xalaclar, türkmənlər, qaşqaylar, Xorasan türkləri, sunqurlar, özbəklər, azərbaycanlılar, əfşarlar, eynalılar, əbiverdilər və s. kimi türk toplumlarını göstərmək olar. Diqqəti İranda yaşayan soydaşlarımıza yönəldən məruzəçi bildirib ki, bunların içərisində azərbaycanlılar çoxluq təşkil edir və hətta bəzi türkoloqlar yuxarıda adları qeyd olunan türk etnoslarının dillərini Azərbaycan dilinin dialektləri hesab edirlər.

1924-cü ildə hakimiyyətə gələn pəhləvilərin yürütdüyü siyasət türkləri təhdid altında saxlayıb. Panfarsistlər fəallaşaraq türk toplumlarına öz dillərini, ədəbiyyatlarını, mədəniyyət və adət-ənənələrini unutdurmaq kimi qəddar bir missiyanı həyata keçiriblər. Bütün fiziki-mənəvi işgəncələrə, siyasi təzyiqlərə baxmayaraq, İranda yaşayan türklər, o cümlədən Azərbaycan türkləri güclü iradə nümayiş etdirib, bu təhdidlər onları öz köklərindən tam ayıra bilməyib. Təbii ki, bunlar həm də xalqın içərisindən çıxan milli düşüncəli ziyalı və mütəfəkkirlərin sayəsində mümkün olub.
Məruzədə İranda aparılan türkoloji araşdırmalardan da söz açılıb. Ramil Bayramov qeyd edib ki, İranda mövcud olan dürk dillərinin araşdırılmasına ilk dəfə sistemli olaraq Göttingendəki Türkologiya və Orta Asiya Bilik Seminarının üzvləri tərəfindən başlanılıb. Çıxışda həmçinin Cənubda fəaliyyət göstərən türkoloqlardan Cavad Heyət, Mirzə Həsən Rüşdiyyə, Məhəmmədəli Fərzanə,  Məhəmməd Tağı Zehtabi və başqalarının yaradıcılığı haqqında məlumat verilib, onların əsərlərinin İranda türkoloji düşüncənin formalaşmasına mühüm təsir göstərdiyi vurğulanıb.
Sonra məruzə ətrafında çıxışlar edilib. Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədli qeyd edib ki, İranda yaşayan 120 etnik tayfa sırf azərbaycanlılarla əlaqəlidir. Türkoloq alimlərin İranda yaşayan türklərlə bağlı apardıqları araşdırmalara toxunan Məhərrəm Məmmədli bu sahədə akademik Tofiq Hacıyevin xidmətlərindən, görkəmli alimin Azərbaycan ədəbi dilinin cənub qolu haqqındakı araşdırmalarından bəhs edib.

"Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova İranda milli-mənəvi dəyərlərimizi təbliğ edən azərbaycanlı şair və yazıçıların ədəbi fəaliyyətindən söz açıb, ötən yüzillikdə Cənubi Azərbaycanda formalaşan milli düşüncəli yaradıcı ziyalıların ana dilimizin təbliği və öyrənilməsinə verdikləri töhfələrin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Seminar başa çatdıqdan sonra tədbir iştirakçıları II Fəxri xiyabana gedərək, akademik Tofiq Hacıyevin məzarını ziyarət edib və qəbri üzərinə gül dəstələri qoyublar.

Oxşar xəbərlər

Bütün xəbərlər