Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

Xarici diplomatlar Bakıda ixtisasartırma təlimi keçəcək

Xarici diplomatlar Bakıda ixtisasartırma təlimi keçəcək

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) ilə ADA Universiteti tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2023” adlı beynəlxalq təlim bu gün Bakıda öz işinə başlayıb.

tehsilmedia.info məlumat verir ki, beynəlxalq səviyyədə insan kapitalının inkişafı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan proqramda 22 ölkədən (İtaliya, Malta, Yunanıstan, Monteneqro, Serbiya, Rusiya, Polşa, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Hindistan, Tayland, Qana, Kamboca, Kenya, Sierra-Leone, Qayana, Nigeriya, Efiopiya, Timor-Leste, Kuba və Argentina) xarici diplomatlar iştirak edir.

Təlimin iyunun 24-dək davam edəcəyi nəzərdə tutulub.

Proqramın açılış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə çıxış edərək xarici diplomatların proqram vasitəsilə Cənubi Qafqaz və Xəzər regionu barədə biliklərini artıracağına əminliyini bildirib.

AIDA-nın rəisi Elməddin Mehdiyev Xarici İşlər Nazirliyi adından iştirakçıları salamlayaraq proqramın beynəlxalq əməkdaşlığa verdiyi töhfədən, eləcə də Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardım sahəsində əldə etdiyi uğurlardan danışıb.

ADA Universiteti prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva proqramda tədris olunun mövzular sayəsində iştirakçıların Azərbaycanın tarixi, mədəniyyəti, xarici siyasət kursu və ictimai idarəetməsi barədə məlumatlarını artıracaqlarını vurğulayıb. O, ADA Universiteti və onun İnkişaf və Diplomatiya İnstitutunun fəaliyyəti barədə ətraflı məlumat verib.

Açılış mərasimində qonaq qismində iştirak edən Yunanıstanın ölkəmizdəki səfiri Xristos Kapodistrias, Argentinanın səfiri Marianxeles Belluşi və Kubanın səfiri Karlos Valdes Konsepsion sözügedən proqramın diplomatlar üçün son dərəcə səmərəli olacağını vurğulayaraq proqramın təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

ADA Universitetinin professor-müəllim heyəti, İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşları, eləcə də Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər dövlət qurumlarından dəvət edilən qonaqlar diplomatlar qarşısında beynəlxalq siyasət, səmərəli diplomatik fəaliyyət, peşəkar bacarıq və qabiliyyətlərin inkişafı, Azərbaycanın xarici siyasət prioritetləri və uğurları, enerji diplomatiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına Azərbaycanın töhfələri kimi mövzularla yanaşı ölkəmizin tarixi, milli mənsubiyyəti, turizm potensialı və beynəlxalq müstəvidəki rolu, rəqəmsal innovasiya və ictimai xidmət sahəsindəki uğurları kimi mövzuları əhatə edən məruzələrlə çıxış edəcəklər.

Proqram çərçivəsində həmçinin iştirakçıların bir sıra dövlət qurumlarında tanışlıq görüşləri keçirməsi, eləcə də tarixi-mədəni yerləri ziyarət etməsi planlaşdırlır.

Xatırladaq ki, bu il 6-cısı təşkil olunan proqram 2018-ci ildən etibarən həyata keçirilir. Ötən illərdə 46 ölkədən 74 xarici diplomat proqramda iştirak edib.

Oxşar xəbərlər

Bütün xəbərlər