Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

Xarici diplomatlar üçün keçirilən ixtisasartırma təlimləri başa çatıb

Xarici diplomatlar üçün keçirilən ixtisasartırma təlimləri başa çatıb

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) ilə ADA Universiteti tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2023” adlı beynəlxalq təlim bu gün başa çatıb.

ADA Universitetindən "tehsilmedia.info"a bildirilib ki, iki həftə davam edən proqramın rəsmi bağlanış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, AIDA-nın rəisi Elməddin Mehdiyev, habelə İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva proqramın uğurları, əldə olunan nailiyyətlərə toxunaraq xarici diplomatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra, təlim proqramında iştirak edən 22 ölkənin diplomatına kursu bitirdiklərinə dair müvafiq sertifikatlar təqdim olunub. Qana, Qırğızıstan, Gürcüstan, Yunanıstan, Rusiya, Niger və Polşa diplomatları çıxış edərək təşkilatçılara təşəkkür edib, proqramın onların peşəkar qabiliyyətlərinin inkişafına, eləcə də Azərbaycanı yaxından tanımalarına əhəmiyyətli töhfələr verdiyini qeyd ediblər.

Proqram çərçivəsində xarici diplomatlara beynəlxalq siyasət, səmərəli diplomatik fəaliyyət, peşəkar bacarıq və qabiliyyətlərin inkişafı, Azərbaycanın xarici siyasət prioritetləri və uğurları, enerji diplomatiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına Azərbaycanın töhfələri kimi mövzularda təqdimatlar edilib. Bu məqsədlə, ADA Universitetinin professor-müəllim heyəti, İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşları, eləcə də Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər dövlət qurumlarını təmsil edən mütəxəssislər qonaq məruzəçilər kimi proqramda iştirak ediblər. Bununla yanaşı, xarici diplomatlar Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı və beynəlxalq müstəvidəki rolu, habelə rəqəmsal innovasiya və ictimai xidmət sahəsindəki uğurları haqda geniş məlumat əldə ediblər. Proqram çərçivəsində iştirakçılar üçün müxtəlif muzeylərə, tarixi-mədəni əhəmiyyətə malik yerlərə, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhərinə səfər təşkil olunub.

Xatırladaq ki, illik əsasda keçirilən proqramda indiyədək 63 ölkədən 96 xarici diplomat iştirak edib. Proqramın 7-ci mərhələsinin növbəti il təşkil olunması nəzərdə tutulub.

Oxşar xəbərlər

Bütün xəbərlər