Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

MİNGEÇEVİR TƏHSİLİNDƏ NƏLƏR BAŞ VERİR? – Direktorun cədvəl oyunu və müavinə qarşı "sosial media terroru...

"Təhsilmedia.info" -nun redaksiyasına daxil olan rəsmi müraciətə əsasən, Mingəçevir şəhər 14 saylı tam orta məktəbində ciddi idarəetmə böhranı, səriştəsizlik və imtahan yolu ilə gəlmiş təhsil işçisinin pedaqoji nüfuzuna yönəlmiş sistemli qarayaxma kampaniyası yaşanmaqdadır. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, rəhbərliyin şəxsi prinsipləri və məqsədli şəkildə formalaşdırılan "sifarişli dərs cədvəli" səbəbindən hədəfə götürüldüyünü bildirərək ölkə rəhbərliyinə və aidiyyəti qurumlara müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunur ki, qanunla birbaşa direktor müavininin vəzifə öhdəliyinə aid olan dərs cədvəlinin tərtibi məktəb rəhbəri tərəfindən qeyri-peşəkar və kənar şəxslərə həvalə edilmişdir. Bu "sifarişli cədvəl" vasitəsilə eyni dərs saatı qəsdən fərqli müəllimlərə yazılmış, maliyyə və qanunvericilik baxımından qeyri-mümkün olan bir sinif otağında eyni saatda iki fərqli fənnin tədrisi mühiti formalaşdırılmaqla müavinə qarşı açıq təxribat törədilmişdir. Rəqəmsal otaqda dərslərin pozulması, iznsiz müdaxilələr barədə müavinin rəsmi akt və təqdimatlarına baxmayaraq, məktəb direktoru qanunsuzluqların qarşısını almaq əvəzinə müavini susdurmaq üçün qərəzli şəkildə şiddətli töhmət cəzası tətbiq etmiş və onu məktəbdən uzaqlaşdırmağa çalışmışdır.

Eyni zamanda, məktəbdaxili intriqaları idarə edən
qüvvələr tərəfindən öyrədilmiş bir qrup valideyn direktor müavininin iş otağına daxil olaraq psixoloji təzyiq göstərmiş və icazəsiz videoçəkiliş apararaq onu sosial şəbəkələrdə "linç" hədəfinə çevirmişlər. Redaksiyamızın əldə etdiyi məlumata görə, bu məsələ Mərkəzi Aran Regional Təhsil İdarəsi və Mingəçevir şəhər sektoru tərəfindən yerində araşdırılmış, direktor müavininin hər hansı qanun və maliyyə pozuntusuna yol vermədiyi artıq sübuta yetirilmişdir. Həmçinin Mingəçevir şəhər Polis Şöbəsinin, prokurorluğun və ziyalı valideynlərin vaxtında müdaxiləsi ilə hadisənin əsl mahiyyəti üzə çıxmış, təxribata alət edilən valideynlər həqiqəti bilərək rəsmi şəkildə üzr istəmişlər.

Bu mənəvi terrorun arxasında isə Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar nəticəsində rus bölməsi üzrə müavin ştatının bağlanma təhlükəsi ilə üz-üzə qalan daxili qüvvələrin, dərs vaxtı repetitorluqla məşğul olanların və 30 ildir məktəb həmkarlar təşkilatında mövqe tutan köhnə düşüncəli qruplaşmaların kreslo davası dayandığı iddia olunur. Müavin qeyd edir ki, hədəf imtahanla gəlmiş, dövlətin şəffaf kadr siyasətini dəstəkləyən savadlı müəllimləri sıxışdırıb köhnə, rüşvətxor və qeyri-şəffaf "ənənəvi" idarəetmə sistemini qoruyub saxlamaqdır.

"Təhsilmedia.info" olaraq Azərbaycan müəlliminin şərəf və ləyaqətinin, pedaqoji nüfuzunun qorunması, həmçinin təhsildə şəffaf kadr siyasətinə zərbə vuran halların qarşısının alınması məqsədilə başda Elm və Təhsil Naziri Emin Amrullayev, MÜTDA rəhbəri Eşqi Bağırov və DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev olmaqla aidiyyəti dövlət qurumlarını bu məsələni ciddi nəzarətə götürməyə çağırırıq.

Məktəbdə idarəetmə böhranı yaradan rəhbərlik, dərsi pozub icazəsiz çəkiliş aparan şəxslər və onları arxadan idarə edən subyektlər barəsində hüquqi müstəvidə ən kəsərli intizam tədbirləri görülməlidir. Təqsirkar şəxslərin adlar siyahısı rəsmi şəkildə müvafiq orqanlara təqdim ediləcəkdir.

Oxşar xəbərlər

Bütün xəbərlər