Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

“İŞ SAATI”: MÜƏLLİMLƏR İDMANÇI OLSUNLAR, YOXSA...?


Təhsil Eksperti Emin Mirzəli Yeni Layihəni Tənqid Etdi
Əvvəlcə, qeyd etməliyəm ki, Elm və təhsil nazirliyinin ortaya atdığı "8 İş Saatı" layihəsi, ilk baxışda elə də önəmli görünməyə və gündəmdə mühüm yer tutmaya bilər, lakin, fikrimizcə, müəllimləri və müəllimliyi ciddi təsirləndirəcəkdir. Deməli, təhsil və ölkənin gələcəyi üçün çox əhəmiyyətli bir məsələdən danışırıq!

Bəribaşdan qeyd edək ki, bu proyektin, müsbət görünən cəhəti, repetitorluğu bitirməklə bağlı vəd etdiyi aspektdir. Və bir çox təhsil adamının verdiyi dəstəyin səbəbi də bununla bağlıdır.

Bəli, biz də hamı kimi, müəllimlərin bir çoxunun, repetitorluğu, işin önünə keçirib, təhsil və təlimə ziddi davranmasını qınayırıq. Hətta, təhsilin keyfiyyətini bilərəkdən azaldıb, şagirdləri, repetitorluğa yönləndirən yetərincə vicdansız müəllimlərin olduğu da bəllidir.

Lakin, təqdim olunan “İş saatı” layihəsi, bu problemi, doğrudanmı, aradan qaldıracaq?
Pis və vicdansız olan həmin müəllimlər, saat 17-ə qədər məktəbdə qalmaqları müqabilində, daha yaxşı təhsil verəcəklərmi? Buna kim təminat verə bilər? Hansı məntiq və arqumentlə?...

Ümumiyyətlə, müəllimin dərs keçməsinə, bundan sonra nəzarət olunacaqmı, nazirlik, doğrundamı, bunu düşünür? Cənab nazir, gerçəkdənmi, bu proyektlə, şagirdlərin qayğısına qalır?
Bir sözlə: BU QAYDA, PİS MÜƏLLİMİ, YAXŞIMI EDƏCƏK, YOXSA DAHA PİSMİ?
_______________
Diqqətlə baxanda, bu layihə; sanki repetitorluğu, məktəbə çəkməyə, direktorun kurasiyasına verməyə hesablanmış bir addım kimi görünür!
Çünki, müəllimlər, saatlarla boş qalacaqlarsa və repetitorluq edə bilməyəcəklərsə, deməli, direktorla anlaşmağa çalışacaqlar! Və acgöz direktorlar da maddi və s. şirnikləndirmələrlə, asanlıqla razılaşmaya gedəcəklər!

Hər halda, minlərcə məktəbə, nazirliyin nəzarət etməyə, nə imkanı, nə də marağı olmayacaqdır. Zatən nəzarət edilsəydi, məktəblərdə bu qədər problemlər, böhranlar olmazdı...

Üstəlik də, burda, çox ciddi digər məsələ də var!

Nazirin, birbaşa bəyan etdiyi “4-5 saatı olana, müəllim deməzdim” kimi bir anlayış, özlüyündə, anormal və absurddur. Çünki, bir tərəfdən; savadlı müəllimə, maksimum 4-5 saatı layiq bilən, digər tərəfdən də; onu, az dərs saatına görə qınayan bir anlayış, mövzubəhsidir!
Axı, məlumdur ki, dərs saatları, bəzi hallarda qeyri-qanuni üsulla bölüşdürülür və layiqli müəllimlərin dərs saatı, az olur. Digər faktorları (şagirdlərin azlığından, dərs saatlarının az olması və s.) da nəzərə alsaq, vəziyyətin dramatikliyi, aydın olar.
Bu problemlər aradan qaldırmamış,  "İş saatı" deyə, yeni bir layihə ortaya atılır. Bu, nə dərəcədə səmərəli və məqbul bir qərardır?
İlk baxışda, normal və proqressiv görünsə də, diqqətlə baxanda, bu proyektin, Azərbaycan şərtlərində, heç də ədalətli və rasional olmadığı aydın olar.
Çünki, hər halda müəllimlərin maaşında, artım ya da ciddi artım gözlənilmir; zatən belə bir ehtimal olsaydı, bunu nazirlik, mütləq ki, öncədən bəyan edib, təpkiləri bəribaşdan "soyudardı". 

Deməli, maaş artmırsa və artan, sadəcə, iş saatıdırsa, ortada ƏDALƏTSİZLİK var!
Necə ki, zatən bir neçə il öncə, “aklad” deyə ifadə olunan dərs yükü, 12 saatdan, 18 saata çıxarılmışdı.

Sual olunur: nəyə görə gündə ortalama 1 saat dərsi olan bir müəllim, saat 17-ə qədər məktəbdə qalmalıdır? Nəyə görə aldığı 100-150 azn məvacibə görə, əlavə 6-7 saatını da itirməlidir?
100 azn, nəinki normal aylıq ehtiyacdan, hətta minium əməkhaqqı olan 400 azn-dən belə, dəfələrlə azdır!
Belə olan halda, öz maddi ehtiyacını təmin etmək üçün müəllim nə etməlidir?
Təbii ki, yeganə çıxış yolu, ya repetitorluq ya da başqa bir işdir.
Lakin, saat 17-ə qədər məktəbdə olacağı üçün, belə bir imkanı olmayacaqdır! 
Beləliklə də, müəllimlər üçün alternativ imkanlar, əlavə təminat şansları da qapanmış olur! 

Nəticə etibarilə, “İş saatı” ideyası, bu anlama gəlir: YA ÇOX DƏRSİN OLSUN, YA DA MÜƏLLİM İŞLƏMƏ! Ya HƏR ŞEY, ya da HEÇ NƏ!

Burda isə, təbii bir sual, ortaya çıxır: hamının çox dərsi olması mümkündürmü? Dərs bölgüsünü, elə tərtib etmək olarmı ki, hər kəsə ən az 20-25 saat düşsün?

Təbii ki, mümkün deyil! Çünki, zatən bəzi dərslər, həftədə cəmi 2-3, hətta 1 saatdır! (Musiqi, təsviri incəsənət və s.) 

Deməli, belə çıxır ki, bir müəllim, eyni vaxtda həm musiqi, həm də təsviri incəsənət müəllimi olmalıdır! Onda, burda, hansı səmərəlilikdən, tədris keyfiyyətindən danışmaq olar?
Sözügedən islahatın faydası budurmu ki, müəllim, özünə dəxli olmayan sahələrdə də dərs desin?!...

____________________
İndiyəqədər, müəllimlərin "maaş azlığı” şikayətinə cavab olaraq, bir çox rəsmi şəxslər, xüsusən bəzi deputatlar, “alternativ məşğulluq” imkanını qabartmışdılar, "Gedib soğan əkin, təsərrüfatla məşğul olun" cavabını vermişdilər.
Sual olunur: bəs, indi, görəsən, saat 17-dən sonra, müəllimlərə, hansı iş imkanı təklif olunacaq? 
Yəqin ki, ya gözətçi ya da mühafizə işi təklif olunar!

Bəli, artıq yeni təhsil islahatı tələb edir ki, qadın müəllimlər də idmançı olsun, mühafizəçi işləsin ya da, heç olmasa, gecələr gözətçi olsun! Yaxud da direktorla anlaşıb, dəxilsiz fənləri tədris etsin!

Yekun: birmənalı şəkildə demək lazımdır ki, maaş artmadan gedilən "İş saatı" sistemi, ümumilikdə, təhsil üçün müsbət perspektiv kəsb etmir, sadəcə, repetitorluğu, direktorların nəzarətinə verməyi və son nəticədə, təhsil avtoriterlərininin (direktor, təhsil müdiri və s.) qanunsuz qazancını artırmağı vəd edir.

Emin Mirzəli

Oxşar xəbərlər


Bütün xəbərlər

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil