Xəbər lentiwidget-title-icon

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub
Bratislavada Azərbaycan çempionu ilə sinxron şahmat turniri təşkil olunub
Ankarada rəqəmsal dünyada uşaqların müdafiəsi mövzusunda panel müzakirələri planlaşdırılır
DİM növbəti imtahanlar keçirdi - Doqquz nəfərdə telefon tutuldu
ADNSU-da keçirilən RFO-nun finalı başa çatıb
Şəkidə ali məktəblərə və kolleclərə qəbul imtahanları 6 mərkəzdə aparılıb
Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir
Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Fransada erasmus layihəsinə könüllü gənclər axtarılır
Naxçıvanda direktor müavini vəfat etdi naxcivanda-direktor-muavini-vefat-etdi
Bu gün 37 mindən çox şəxs imtahan verəcək
PMS üzrə imtahan keçiriləcək
Naxçıvanda XI siniflər üçün buraxılış imtahanı- FOTOLAR
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib
Sosial-emosional öyrənmənin şagird şəxsiyyətinin formalaşmasına təsiri - MƏQALƏ
“Məktəblərarası Pedaqoji Təcrübə Mübadiləsi” təşəbbüsünün ilk görüşü keçirilib
Mehriban Əliyeva Diplomatiya Forumunun panel iclasında - FOTOLAR
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
Məktəbəqədər təhsilin inkişafına həsr olunan beynəlxalq forum keçirilib
130 mindən çox abituriyent qeydiyyatdan keçib - rəqabətli ixtisas qrupu DƏYİŞDİ
BMU-da elmi-praktik seminar keçirilib
Bəzi valideynlər uşaqlarını həddindən artıq ərköyün böyüdür
Emin Əmrullayevdən “Neftçi”yə dəstək paylaşımı
Bağça müəllimləri üçün sertifikasiya qaydaları tezliklə ELAN EDİLƏCƏK
Şəmkirdə məktəbdə yanğın olub

ŞOK: 201 saylı məktəbdə təhsil necə məhv edilir? - Daha bir müəllim direktorun özbaşınalığının qurbanı oldu - VİDEO

ŞOK: 201 saylı məktəbdə təhsil necə məhv edilir? - Daha bir müəllim direktorun özbaşınalığının qurbanı oldu - VİDEO

Bakının Nizami rayonunda yerləşən 201 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlar, eləcə də təhsil adına ləkə sayılan özbaşınalıqlar səngimək bilmir. Belə ki, direktor Afaq Əliyevanın məktəbi cəngəllik qanunları ilə idarə etdiyinə dair video və foto materialların, həmçinin müəllim şikayətlərinin sayı günbəgün artır.

tehsilmedia.info xəbər verir ki, bu dəfə məktəbin Dil və Ədəbiyyat fənnini tədris edən müəllimi Lalə Şəfaqətova direktor Afaq Əliyevanın diktator idarəçiliyi haqda iddialar səsləndirib. Lalə Şəfaqətovanın sosial şəbəkə hesabında paylaşdığı məlumatları oxuduqca adamın damarında qanı donur və Azərbaycanda cəngəllik qanunları ilə idarə edilən bu cür məktəblərin var olması təəssüf doğurur. Müəllim iddia edir k, Afaq Əliyeva məktəbdə müəllimlərə qarşı şəxsi-qərəzlik aparır: "Oktyabr ayının 10-da dərsimi deyib evə getmişdim. Saat 12-də katibə mənə zəng vuraraq təcili məktəbə gəlməyimi söylədi və direktorun çağırdığını bildirdi. Mən içəri daxil olanda gördüm ki, bir nəfər oturub. Özünü Korrupsiya idarəsinin əməkdaşı kimi təqdim etdi. Təkidlə məndən maaş kartımın Svetlana Hüseynovada (məktəbin direktor müavini - red) olması ilə bağlı izahat yazmağımı istədi. Mən kartımın özümdə olduğunu bildirdim. Əvəzində həmin şəxs məni Korrupsiya idarəsinə çağıracağını, izahat alacağını və maaş kartımdan pulu kimin çıxardığını yoxlayacağını dedi. Mən də, "gedin yoxlayın" deyərək otaqdan çıxdım. Həmin gün bu əməkdaşın özbaşınalığı barəsində şikayətimi Baş Prokurorluğun elektron poçtuna göndərdim".

Lalə Şəfaqətova direktorun qanunsuz əməllərinin bununla da kifayətlənmədiyini əlavə edib: "Oktyabr ayının 11-də 9a sinfində dərs keçdiyim zaman direktor müavini Nəriman Vəliyev sinfə daxil olaraq direktorun məni təcili çağırdığını bildirdi. Direktorun kabinetinə daxil olduqda bir saat əvvəl dərs keçdiyim 7c sinfinin şagirdlərinin, valideyn komitəsinin sədrinin, sinif rəhbərinin, təşkilatçı müavinin və UBT rəhbərinin direktorun kabinetinə yığışdıqlarını gördüm. Afaq Əliyeva, "nə ixtiyarın var uşaqlara təzyiq edirsən, niyə formativ qiymətləndirmədə onlara mənfi rəy yazırsan" deyə üstümə qışqırdı. Əvvəlcədən öyrədilmiş bir neçə şagird mənim "üzümə durdu". Mən direktora bildirdim ki, bu hərəkət etik-davranış qaydalarına ziddir. Direktorun şagirdlərin və valideynin qarşısında müəllimin üstünə qışqırmağa, onu alçaltmağa, etibardan salmağa, sorğuya çəkməyə, məhkəmə qurmağa ixtiyarı yoxdur. Özümü təhqir olunmuş hesab edərək otaqdan çıxdım. Mən bu sinifdə 3-cü ildir ki, dərs deyirəm. İndiyədək şagird və valideynlərlə aramızda narazılıq olmayıb. Mənə olan qərəzli münasibətin səbəbi direktor müavini Svetlana Hüseynovaya qarşı Afaq Əliyevanın şəxsən təşkil etdiyi qarayaxma kampaniyasına qoşulmamağımdır".

Dil və Ədəbiyyat müəllimi direktorun tapşırığı ilə dərs keçdiyi sinifə buraxılmadığını, tədrisin pozulduğunu iddia edib: "Oktyabr ayının 12-də 7c sinfində dərsim var idi. Mən səhər sinfə daxil olmaq istədikdə, UBT rəhbəri Aynur yaxınlaşaraq, "direktor sənə bu sinfə dərsə girməyə icazə vermir. Mənə tapşırıb ki, səni bu sinfə buraxmayım, sinif səndən göturulub", dedi. Ona əhəmiyyət verməyərək sinfə daxil oldum. Bildirdim ki, bu sinfin dərs saatlarının məndən götürülməsi barədə rəsmi qaydada əmr verilənədək dərsimi keçəcəm. Aynur məni sinifdən çıxara bilməyəcəyini görüb şagirdlərə psixoloji təsir edərək, "uşaqlar heç nədən qorxmayın, müəllim sizə təzyiq etsə, mən dəhlizdə qapının önundəyəm, gəlin yanıma" deyərək sinifdən çıxdı. Beş dəqiqə sonra təkrar sinfə daxil olaraq bildirdi ki, Afaq Əliyevanın göstərişi ilə şagirdləri onun otağına aparmalıdır. Beləcə mənim keçməli olduğum Azərbaycan dili və ədəbiyyat dərsləri Afaq Əliyeva və onun əmrini yerinə yetirən Aynur tərəfindən pozuldu".

Lalə Şəfaqətova baş verən qanunsuzluqlar barədə Elm və Təhsil nazirliyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edib. Müəllimin iddiasına görə, direktor Afag Aliyeva Təhsil Qanununun və Əmək Qanunvericiliyinin tələblərini pozaraq onun qanunsuz göstərişlərinə "itaət" etməyən müəllim və texniki işçiləri təhdid edir. Bundan başqa, əsassız olaraq inzibati tənbeh verir, iş saatlarını öz keyfinə uyğun azaldıb-artırır, məqsədinə çatmaq üçün çirkin oyunlarına şagird və valideynləri alət edir. Hazırda direktorun küçə qaydalarına etiraz edən və haqqı tapdalanan 5 müəllimin şikayəti Dövlət Əmək Müfəttişliyi Xidmətində və məhkəmələrdədir.

Lalə Şəfaqətova Elm və Təhsil nazirliyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə səslənir: "Əgər bizim hüquqlarımızı bu qurumlar müdafiə edəcəksə, siz kimlərə xidmət edirsiniz? Tutduğunuz mövqe Azərbaycan təhsilinə arxadan zərbədir. Sizə ünvanlanan şikayətlərə və sosial şəbəkələrdə yayılan paylaşımlara nə vaxtadək göz yumacaqsınız?", - deyə Lalə Şəfaqətova fikirlərini tamamlayıb. Ümid edirik ki, aidiyyatı qurumlar bu məktəbin rəhbərliyi haqda səsləndirilənsaysız-hesabsız şikayətləri obyektiv araşdıraraq lazımı ölçü götürəcək.

P.S. Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq!

Oxşar xəbərlər

Bütün xəbərlər