Yaşı 9-dan yuxarı olan uşaqlar I sinfə qəbul olunurmu? – Rəsmi açıqlama
Mayın 6-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Bəs yaşı 9 və yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?
“Azərbaycan müəllimi”nin Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyi-nin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, yaşı 9 və yuxarı olan uşaqlar “Fərdi təhsilin təşkili haqqında Qaydalar”a uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Valideynlər www.mektebeqebul.edu.az portalında qeydiyyatdan keçdikdən sonra 1 iyul 2026-cı il tarixindən etibarən tələb olunan sənədlərlə yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidirlər.



























