Xəbər lentiwidget-title-icon

Təmayül sinifləri: Təhsil islahatıdır, yoxsa yeni oyun...
Təəccüb doğuran statistika
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA

“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

AzEdu.az xəbər verir ki, İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı, millət vəkilləri Fazil Mustafa və Hikmət Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, təhsil müəssisəsinin pedaqoji kollektivi, şəhid ailələri, media təmsilçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.

Qonaqlar əvvəlcə təhsil ocağının foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika dərsinin tədrisi prosesini izləyiblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qonaqları salamlayan gimnaziyanın direktoru Səadət Cahandarova məktəbin cəmiyyətlə açıq dialoq qurması baxımından görüşün xüsusi əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, ictimaiyyətin təhsilə etimadının daha da gücləndirilməsi, məktəbin, müəllimin nüfuzunun artırılması məhz bu cür müzakirə platformalarından başlayır. Gimnaziyanın fəaliyyətinə dair təqdimatla çıxış edən S.Cahandarova qeyd edib ki, şagirdlərə keyfiyyətli təhsil verməklə yanaşı, cəmiyyətin gözləntilərinə uyğun açıq və müasir təhsil mühiti formalaşdırmaq qarşıya qoyduqları əsas məqsədlərdəndir.

Millət vəkili Fazil Mustafa çıxışında təhsil ocaqlarında stimullaşdırıcı üsulların daha geniş tətbiqinin vacibliyini vurğulayıb. Qeyd edib ki, şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması və bu istiqamətdə davamlı dəstək mexanizmlərinin qurulması onların dünyagörüşünün inkişafında mühüm rol oynayır. Millət vəkili həmçinin əlavə edib ki, müasir təhsil mühiti şagirdləri düşünməyə, araşdırmağa və öyrəndiklərini paylaşmağa təşviq edən yanaşmalar üzərində qurulmalıdır.

Məktəbin peşəkar və cəmiyyətə faydalı fərdlərin yetişdirilməsi istiqamətində daşıdığı mühüm missiyadan bəhs edən millət vəkili Hikmət Məmmədov gimnaziyanın fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, təhsil ocağında yaradılan mühit şagirdlərin həm akademik biliklərinin inkişafına, həm də şəxsiyyət kimi formalaşmasına geniş imkanlar yaradır.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı media ilə təhsil müəssisələri arasında açıq dialoqun cəmiyyətin düzgün məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyib, məktəblərin fəaliyyətinin ictimaiyyətə daha dolğun və obyektiv çatdırılmasında bu cür müzakirə platformalarını yüksək qiymətləndirib.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə təhsil sistemi üçün bu cür müzakirə platformalarının vacibliyindən danışıb, ictimai rəyin öyrənilməsini təhsil siyasətinin daha effektiv qurulmasına xidmət etdiyini vurğulayıb.

BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məktəblərlə cəmiyyət arasında açıq və davamlı kommunikasiya mühitinin daha da genişləndirilməsinin vacibliyindən söz açıb. Bildirib ki, ictimai müzakirələr vasitəsilə təhsil müəssisələrinin fəaliyyəti daha şəffaf şəkildə təqdim olunur, eyni zamanda ictimaiyyətin gözləntilərini birbaşa dinləmək imkanı yaranır.

Görüşdə çıxış edən müəllimlər və valideynlər uşaqların hərtərəfli yetişdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın üstünlüklərindən söz açıb, şagirdlər öz uğur hekayələrini iştirakçılarla bölüşüblər.

Görüş zamanı şagirdlərin ifasında kompozisiyalar təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

Oxşar xəbərlər

Bütün xəbərlər