Xəbər lentiwidget-title-icon

Təmayül sinifləri: Təhsil islahatıdır, yoxsa yeni oyun...
Təəccüb doğuran statistika
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA

Nazirlik daxilində “müstəqillik” iddiası, yoxsa idarəetmə böhranı?

​Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun keçirdiyi sonuncu iclas təhsil camiəsində ciddi suallar və narahatlıq doğurub. Bütün Regional Təhsil İdarələrinin müdirlərinin dəvət olunduğu bu toplantıda yaşananlar həm etik, həm də inzibati baxımdan xeyli qaranlıq məqamlardan xəbər verir.

Əvvəlcə ondan başlayaq ki, uzaq bölgələrdən saatlarla yol qət edib iclasa gələn regional müdirlərin fonunda, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynovanın bu görüşə qatılmaması diqqətdən yayına bilməzdi. Paytaxtda əyləşib bir addımlıqdakı iclasa getməmək, sadəcə iş intizamının pozulması deyil, həm də tabelik zəncirindəki gizli gərginliyin aşkar göstəricisidir. Görəsən, vaxtilə MÜTDA-da direktor müavini işləmiş Nərminə xanımı bu qədər cəsarətli edən nədir? Bakı idarəsi artıq Agentliyin nəzarətindən çıxıb, yoxsa bu, şəxsi ambisiyaların nümayişidir?

Tehsilmedia.info qeyd edir ki, iclasın pərdəarxası məqamları daha vahiməlidir. İddia olunur ki, Eşqi Bağırov regional müdirlərlə kəskin və etikadan kənar bir tonda danışıb. Onun "Siz ancaq məndən asılısınız", "Məndən başqa heç kim sizi yoxlaya bilməz", "Yalnız mənə tabesiniz" kimi ifadələr işlətməsi dövlət idarəçiliyi prinsipləri ilə nə dərəcədə üst-üstə düşür? Bir dövlət rəsmisinin özünü nazirdən də, rəhbərdən də üstün tutaraq "mən nə desəm, o olacaq" deməsi, əslində təhsil sistemindəki dərəbəyliyin etirafıdır.

Bu cür yanaşma təkcə regional müdirlərin nüfuzunu sarsıtmır, həm də bütövlükdə Elm və Təhsil Nazirliyinin vahid komanda ruhunu zədələyir. Dövlət qurumunu şəxsi mülki kimi idarə etmək istəyi, "məndən başqa kimisə tanımayın" tələbi həm qanunsuz, həm də qəbuledilməzdir. Əgər bir qurum rəhbəri özünü sistemin fövqündə görürsə və tabeliyindəkilərlə təhqiramiz dildə danışırsa, orada hansı keyfiyyətdən və inkişafdan söhbət gedə bilər?

Görünən odur ki, təhsil sistemindəki idarəetmə artıq "mənəm-mənəmlik" bataqlığına yuvarlanır. Regional müdirlərin "vassal" kimi görülməsi, paytaxt idarəsinin isə nümayişkaranə şəkildə boykot yolu tutması Agentliyin daxilindəki ciddi parçalanmanın sübutudur. Təhsil kimlərinsə şəxsi ambisiyalarının poliqonu deyil və bu cür özbaşınalıqlara tezliklə aydınlıq gətirilməlidir.

Oxşar xəbərlər

Bütün xəbərlər