Xəbər lentiwidget-title-icon

Təmayül sinifləri: Təhsil islahatıdır, yoxsa yeni oyun...
Təəccüb doğuran statistika
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA

"Atam dedi ki, I olmasan, gimnastikaya qoymayacağam" - Ölkə birincisi

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Safura Abbasova Bakı şəhərində keçirilən bədii gimnastika üzrə ölkə yarışmasında I yerə layiq görülərək həm müəllimlərinin, həm də sinif yoldaşlarının qürur mənbəyinə çevrilib.

Kiçik yaşına baxmayaraq, böyük əzmkarlıq nümayiş etdirən Safura uğur hekayəsini “Azərbaycan müəllimi” ilə bölüşüb.

“Dözümlülük, əzm, səbir, məqsəd lazımdır”

Safura özünü belə təqdim edir: “Mən Abbasova Safura Hüseyn qızı 17 sentyabr 2015-ci ildə Moskva şəhərində anadan olmuşam. Hazırda Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin 4 “E” sinfində oxuyuram”.

Onun incəsənətə və səhnəyə marağı hələ erkən yaşlardan formalaşıb: “İlk dəfə 4 yaşımda Moskvada olanda xoreoqrafiya ilə məşğul olmuşam, son 2 ildə yenidən davamlı şəkildə məşğul oluram. Həmişə səhnədə olmağın xəyalını qurub, 1-cilik qazanmaq istəmişəm. Özümə inamım, məqsədim və müəllimim Larisa Aleksandrovnanın dəstəyi sayəsində ilk səhnəmə çıxdım və 1-ci yeri qazandım”.

Yarış anları isə onun üçün həm həyəcanlı, həm də məsuliyyətli olub: “Sonda nəticəmin necə olacağı məni çox həyəcanlandırırdı. Çünki atam “1-ci olmasan, gimnastikaya qoymayacağam”, - demişdi”.

Qələbə xəbəri isə Safuranın sevincini sözlə ifadə olunmaz edib. Bu uğurun arxasında isə ciddi zəhmət dayanır: “Həftədə 6 dəfə 3-4 saat məşqə gedirdim. Son bir ayda çox çalışdım”.

Safura həm dərslərini, həm də idmanı paralel şəkildə davam etdirməyin çətinliyini gizlətmir, amma bunun öhdəsindən gəlməyi bacarır: “Yorulsam da, hər ikisinin öhdəsindən gəlirəm, vaxtımı düzgün planlayıram və sevərək çalışıram”.

Gələcək planları isə maraqlıdır. Safura əsas peşə olaraq fərqli sahəni seçsə də, gimnastikanı həyatından çıxarmaq istəmir: “Diş həkimi olmaq istəyirəm, hobbi kimi gimnastika ilə məşğul olmaq arzusundayam”.

Bununla yanaşı, o, özünü daha böyük arenalarda da görür: “Özümü beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən bir gimnast kimi görürəm”.

Safuranın uğur fəlsəfəsi də kifayət qədər aydındır:“Uğur mənim üçün zəhmətin nəticəsini görmək və məqsədinə çatmaqdır”.

O, yaxşı gimnast olmağın əsas şərtlərini də sadalayır:“Dözümlülük, əzmlilik, səbir, məqsəd lazımdır”.

Sonda isə yaşıdlarına səmimi tövsiyəsini verir:“Uğursuzluğu qəbul etməyi bacarmaq, seçdiyin məşğuliyyəti sevmək lazımdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər