Xəbər lentiwidget-title-icon

Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı

Siniflərdə şagird sayı normanı aşır: “müəllimlərin köməkçiləri olsun” - TƏKLİF

Son dövrlərdə ümumtəhsil məktəblərində siniflərdə şagird sayının normadan artıq olması ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə böyük şəhərlərdə müşahidə olunan sıxlıq tədrisin keyfiyyətinə mənfi təsir göstərir və yeni yanaşmaların tətbiqini zəruri edir.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, ümumtəhsil məktəblərində aktual problemlərdən biri də siniflərdə şagird sayının normadan artıq olmasıdır:

“Bu məsələ ilə bağlı həm valideynlər, həm şagirdlər, həm də müəllimlər ciddi narazılıqlarını ifadə edirlər. Xüsusilə sıx əhalinin yaşadığı Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə bu problem daha qabarıq şəkildə özünü göstərir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, orta ümumi təhsil müəssisələrində siniflər üzrə şagird sayı 20-30 nəfər arasında olmalıdır.

Yalnız bəzi fors-major hallarda bu həddin artırılmasına icazə verilir. Beynəlxalq təcrübəyə nəzər saldıqda isə standart sinif ölçüsünün adətən 22-28 şagird arasında dəyişdiyi, 16-20 nəfərlik siniflərin isə daha optimal və ideal hesab olunduğu görünür. 28-dən, xüsusilə 30-dan artıq şagird sayı isə artıq sıx və arzuolunmaz hesab edilir.

Mövcud vəziyyəti nəzərə alaraq, Bakı, Sumqayıt və Gəncə şəhərlərində şagird sıxlığının yüksək olduğu siniflərdə əlavə tədbirlərin görülməsi zərurəti yaranır. Təklif olunur ki, şagird sayı 30-dan çox olan siniflərdə müəllimlə yanaşı, müəllim köməkçiləri də fəaliyyət göstərsin”.

R. Nurəliyev bildirib ki, müəllim köməkçiləri dərs zamanı tapşırıqların yoxlanılması, mövzuların möhkəmləndirilməsi, test və açıq sualların izahı kimi proseslərdə müəllimə dəstək verə bilərlər:

“Bu yanaşma müəllimin iş yükünü azaltmaqla yanaşı, dərsin keyfiyyətinə də müsbət təsir göstərə bilər. Eyni zamanda, şagirdlərin dərsi daha yaxşı mənimsəməsinə və ümumi tədris mühitinin yaxşılaşmasına şərait yaradar.

Hazırda bəzi siniflərdə şagird sayı 36-38 nəfərə çatır ki, bu da müəllimlər üçün ciddi çətinliklər yaradır. Bu səbəbdən müəllim köməkçilərinin cəlb edilməsi məqsədilə pedaqoji ixtisas üzrə bakalavr təhsilini başa vurmuş və hazırda magistratura pilləsində təhsil alan tələbələrin müddətli müqavilə əsasında məktəblərdə fəaliyyətə cəlb olunması məqsədəuyğun hesab edilir.

Bu addımın atılması həm müəllimlərin işini yüngülləşdirə, həm şagirdlərin təhsil keyfiyyətini artıra, həm də valideynlərin məmnunluğunu təmin edə bilər".

Oxşar xəbərlər

Bütün xəbərlər