Xəbər lentiwidget-title-icon

Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı

Ali təhsilli qadınları sayı ARTIR: ən çox seçdikləri İXTİSASLAR

Qadınların təhsilə çıxışı və ali təhsildə iştirakı hər bir ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini göstərən əsas göstəricilərdən biridir. Azərbaycanda son illərdə qızların ali təhsilə marağı və bu sahədə fəallığı davamlı olaraq artır. Ali təhsil müəssisələrində qadın tələbələrin sayının yüksəlməsi onların müxtəlif ixtisas sahələrində daha geniş təmsil olunmasını təmin edir. Bu da həm təhsil sistemində gender balansının güclənməsinə, həm də gələcək əmək bazarında qadınların rolunun artmasına şərait yaradır.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2024-2025-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələrində qadınların sayı artım tendensiyasını davam etdirib.

Belə ki, dövlət ali təhsil müəssisələrində təhsil alan qadınların ümumi sayı 107 379 nəfər olub. İxtisas qrupları üzrə ən böyük pay 35 971 nəfərlə təhsil ixtisaslarına düşüb. Daha sonra iqtisadiyyat və idarəetmə (17 898), texniki və texnoloji (15 253), humanitar və sosial (15 067) ixtisaslar gəlir. Təbiət ixtisaslarında 6 474, mədəniyyət və incəsənətdə 4 886, səhiyyə, rifah və xidmət sahələrində 4 793 qadın təhsil alır. Kənd təsərrüfatı ixtisaslarında 2 049, əsas tibb təhsili üzrə 3 660, rezidentura üzrə 1 286, xüsusi təyinatlı ixtisaslarda isə 42 qadın tələbə qeydə alınıb.

Qeyri-dövlət ali təhsil müəssisələrində isə qadın tələbələrin sayı 18 713 nəfərə çatıb. Bu sektorda ən yüksək göstərici iqtisadiyyat və idarəetmə ixtisaslarında (5 782 nəfər) qeydə alınıb. Humanitar və sosial ixtisaslar üzrə 4 306, təhsil ixtisasları üzrə 3 666, səhiyyə, rifah və xidmət sahələrində 2 199 qadın təhsil alır. Digər ixtisaslar üzrə göstəricilər belədir: texniki və texnoloji- 1 060, təbiət-755, mədəniyyət və incəsənət- 631, kənd təsərrüfatı- 314 nəfər.

2024-2025-ci tədris ili üzrə göstəricilər göstərir ki, Azərbaycanda ali təhsildə qadınların sayı davamlı şəkildə artmaqdadır və onlar daha çox təhsil, iqtisadiyyat, humanitar və texniki ixtisaslara üstünlük verirlər. Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin ümumi nəticələri onu deməyə əsas verir ki, qadınların ali təhsildə iştirakı genişlənir və ixtisas seçimi daha diversifikasiya olunur. Xüsusilə təhsil və iqtisadiyyat istiqamətlərində yüksək göstəricilər qadınların bu sahələrə marağının sabit olduğunu göstərir. Bu tendensiya gələcək illərdə də davam edərsə, əmək bazarında qadınların payının daha da artacağı gözlənilir.

Oxşar xəbərlər

Bütün xəbərlər