Keçmiş deputat Sənaye və Texnologiya Kollecinin direktoruna `GÖRMƏMİŞ` DEDİ... - "Bu, yeni hal deyil..."
"Bu da Nasim… Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin direktoru Nasim Abışov təyin olunan kimi kollektivdə hərc mərclik yaradıb...." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Etibar Əliyev qeyd edib.
O daha sonra bildirib: "Durum o həddə gəlib çatıb ki, Kollecin işçisi özünə xəsarət yetirib. Bu, yeni hal deyil. Təhsil müəssisələrinə rəhbər vəzifəyə təyin olunanların əksəriyyəti qaba davranışları və görməmişlikləri ilə bilərəkdən narazılıq yaradırlar…"




























