Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Birinci “Yaşıl şəbəkə” festivalı təşkil olunub

Birinci “Yaşıl şəbəkə” festivalı təşkil olunub

Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I “Yaşıl şəbəkə” festivalı təşkil edilib.

Bu barədə tehsilmedia.info - a Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, “Yaşıl şəbəkə” festivalı “Ekoloji yönümlü və enerji effektli yaşıl məktəblər” layihəsi çərçivəsində məktəblilərin VIII ekoloji forumu, “Dayanıqlı həyat tərzi üçün çağırışlar” ekostartaplar müsabiqəsi və “Gənc təbiətsevərlər” hərəkatını özündə birləşdirib.

Festivalın məqsədi uşaqlar, gənclər və aparıcı ekspertlər arasında sıx qarşılıqlı əlaqələrin qurulması, ətraf mühitin vəziyyətinə biganə olmayan və aktiv fəaliyyətə hazır olan gənc liderlər cəmiyyətinin inkişaf etdirilməsi, uşaq və gənclərin innovativ ideyalarının inkişafı və həyata keçirilməsi üçün əlverişli mühitin yaradılmasıdır.

Birinci “Yaşıl şəbəkə” festivalında Bakı şəhərinin 40 ümumtəhsil məktəbindən 200 nəfər ekoklub üzvü, Mingəçevir şəhəri, Lənkəran, Qax və Quba rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri qatılıblar. Festivalda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNICEF, FAO, UNDP, BMT-nin İnkişaf Proqramı, Tusi-Bohm Planetariumdan rəsmi nümayəndələr və iqlim elçiləri iştirak ediblər.

Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə “Orqanik məktəb bağı”, “Dayanıqlı həyat tərzi üçün çağırışlar”, “Gələcəyə hər kəs götürülməyəcək. Texnologiyalar təbiətin keşiyində” layihələri haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında ölkə Prezidentinin Sərəncamında qeyd olunanları nəzərə alaraq festival çərçivəsində gələn il ərzində ekoklub liderləri arasında ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində maarifləndirmə işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Festivalda 6 panel sessiyada qida (sağlam və rasional qidalanma, qida təhlükəsizliyi, qida sənayesi sahəsində innovativ texnologiyalar), aqro (orqanik kənd təsərrüfatı və aqrobimüxtəliflik), mobillik (ekoloji nəqliyyatın üstünlükləri, dayanıqlı turizm), ev (“ağıllı” ev və ekoloji vərdişlərin və davranışların formalaşması), istehlak (dayanıqlı istehlak, tullantıların idarə edilməsi), iqlim (iqlim probleminin innovativ həll yolları) üzrə məktəblilərin innovativ startaplarının təqdimatı olub.

Layihələr innovativ, texnoloji, ekoloji və dayanıqlılıq meyarları baxımından peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib və seçilmiş 6 ekoloji startap akselerasiya proqramına keçmək hüququ qazanıb.

Sonda bütün iştirakçılara sertifikat və diplomlar təqdim olunub.

Birinci “Yaşıl şəbəkə” festivalı təşkil olunub

Birinci “Yaşıl şəbəkə” festivalı təşkil olunub

Oxşar xəbərlər

Bütün xəbərlər