Xəbər lentiwidget-title-icon

Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçirilib - FOTOLAR

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçirilib - FOTOLAR

Oktyabrın 5-də Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçirilib.

tehsilmedia.info xəbər verir ki, beynəlxalq forumda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, millət vəkili Ceyhun Məmmədov, ali məktəblərin rektorları, elm və təhsil ictimaiyyətinin nümayəndələri, dünyanın tanınmış təhsil mütəxəssisləri, məktəb direktorları, müəllimlər və digər qonaqlar iştirak ediblər.

Forumda açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli tədbirin “Heydər Əliyev İli”nə həsr olunduğunu diqqətə çatdırıb, ümummilli liderin təhsilə, müəllimə hər zaman yüksək diqqət, qayğı ilə yanaşdığını və bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Mətin Kərimli bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunmuş qələbə təhsilimiz üçün də yeni prioritet və ehtiyacları müəyyən edir. Hazırda işğaldan azad olunmuş ərazilərdə çoxsaylı təhsil müəssisələri tikilir, növbəti 3 ildə də həmin ərazilərdə yeni məktəblərin tikintisi və fəaliyyətə başlaması nəzərdə tutulur.

Məktəblərdə mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili və məktəb-ailə münasibətlərinin düzgün qurulmasının ən vacib istiqamətlər olduğunu diqqətə çatdıran Aparat rəhbəri çıxışının sonunda iştirakçıları Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və forumun işinə uğurlar arzulayıb.

Foruma evsahibliyi edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov qonaqları salamlayaraq universitet – məktəb işbirliyi modelinin tətbiq olunmasının zəruriliyindən danışıb. Rektor rəhbəri olduğu universitetin əsas məqsədinin gələcəyin müəllimini müasir dünyanın çağırışlarına uyğun hazırlamaq olduğunu bildirib.

Türkiyənin sabiq milli təhsil naziri, “Maya” Məktəblər Şəbəkəsinin qurucusu Ziya Səlçuk “Rəqəmsallıqdan təbiiliyə: təhsildə balans yaratmaq” mövzusunda təqdimatla çıxış edib. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, texnoloji yeniliklərin tədris mühitinə təsiri, ümumilikdə müəllim-şagird münasibətlərinin önəminə diqqət çəkən Ziya Səlçuk forumda iştirak edən müəllimlərə öz tövsiyələrini də verib.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin akademik direktoru Turan Zəkəriyəyeva “Xoşbəxt şagird = xoşbəxt şəxsiyyət” adlı təqdimatında biliklərin artma tezliyi, süni intellekt, icraedici fəaliyyət bacarıqlarının erkən yaşlarda qazandırılması mövzularına toxunub.

Foruma onlayn qoşulan yazıçı və psixoloq Azra Kohen “Zəka menyusu” adlı təqdimatla çıxış edib, uşaqlara öyrənməyi öyrətməyin vacibliyindən danışıb.

Sonra çıxış edən Harvard Universitetinin professoru, Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers Dayanıqlı İnkişaf Məqsədlərinin bir sıra dərs mövzuları içərisində tədrisinin əhəmiyyətini qeyd edib, şagirdlərin təcrübəəsaslı biliyə yiyələnməsinin önəmini diqqətə çatdırıb.

Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer "Real dünyanın təhsildən tələbləri" mövzusunda təqdimatla çıxış edib. 10-15 yaşlı uşaqlar arasında aparılan yaradıcılıq və rəqəmsal bacarıqlarla bağlı tədqiqatın nəticələrinə dair statistika təqdim edən Andreas Şleyxer analitik, koqnitiv və metakoqnitiv, sosial-emosional bacarıqların əhəmiyyətindən danışıb.

Forum çərçivəsində iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, müasir dövrün təhsil tələblərini nəzərdən keçirmək olub. Beynəlxalq forum Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondu, "T – Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə hibrid formatda baş tutub.

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçirilib - FOTOLAR

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçirilib - FOTOLAR

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçirilib - FOTOLAR

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçirilib - FOTOLAR

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçirilib - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər