Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

Bir liderin mirası: Güclü dövlət , güclü cəmiyyət, güclü təhsil...

"Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna xidmətləri ilə yadda qalan Ulu Öndər Heydər Əliyev bütün sahələr kimi, təhsil sektorunun inkişafına da xüsusi həssaslıqla yanaşırdı. Xalqın savadlı, müasir düşüncəli və milli dəyərlərə bağlı olması dövlətin tərəqqisinin əsas şərti kimi dəyərləndirilir, bu səbəbdən təhsil Heydər Əliyevin fəaliyyətində prioritet istiqamətlərdən biri kimi daim ön planda dayanırdı"

Bu sözləri AzEdu.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, Milli MəclisinDeputat bildirib ki, onun həyata keçirdiyi ardıcıl islahatlar sayəsində Azərbaycan ən ağır və mürəkkəb dövrlərdə belə öz təhsil sistemini qoruyub saxlaya bildi:

"1990-cı illərin əvvəllərində xalqı qardaş qırğını və vətəndaş müharibəsi təhlükəsindən xilas edən, ölkənin dağılmasının qarşısını qətiyyətlə alan Heydər Əliyev müstəqil Azərbaycanın siyasi sabitliyinin əsasını qoydu. Onun sarsılmaz iradəsi və dövlətçilik mövqeyi ölkəni tam süqut təhlükəsindən çıxararaq yeni inkişaf mərhələsinə gətirdi. Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində atılan addımlar da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Heydər Əliyevin diplomatik fəaliyyəti ölkəmizi qlobal siyasi arenada etibarlı tərəfdaş kimi tanıtdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan Azərbaycanın gələcək inkişafının təməlini qoydu. Bu strateji addım ölkəmizin enerji siyasətini formalaşdırmaqla yanaşı, iqtisadi müstəqilliyini də sürətlə möhkəmləndirdi.

Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən mütərəqqi Konstitusiya hüquqi dövlət quruculuğunun əsas sənədi olaraq demokratik inkişafın institusional bazasını yaratdı. Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istifadəyə verilməsi isə Azərbaycanın beynəlxalq enerji xəritəsində rolunu daha da gücləndirərək ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi. Heydər Əliyev siyasi sistemin formalaşmasında da misilsiz rol oynadı. Onun rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası bu gün Qafqazın ən böyük siyasi təşkilatı olmaqla dövlətin inkişafında və sabitliyində mühüm rol oynayır. Ulu Öndərin bir vaxtlar sədri olduğu Azərbaycan Milli Məclisi də bu gün məhz onun qoyduğu sağlam təməllər üzərində fəaliyyət göstərərək dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin qanunvericilik təminatını formalaşdırır. Parlament binasında Heydər Əliyevin tarixi fəaliyyətinin izləri bu gün də böyük qürurla yaşadılır".

"Ulu Öndərin ən böyük xidmətlərindən biri isə özündən sonra güclü, müdrik və iradəli siyasi davamçı yetişdirməsi idi",- deyə M.Vəliyeva fikrinə əlavə edib:

"Prezident cənab İlham Əliyev bu gün məhz həmin strateji kursun varisi kimi Azərbaycanın qüdrətini daha da artırmışdır. 2020-ci il Vətən müharibəsində və 2023-cü il anti-terror tədbirlərində əldə olunan qələbə nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi və Heydər Əliyev ideyalarının tarixi təntənəsinə çevrildi.Bu gün Heydər Əliyev Fondunun ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi humanitar, sosial və mədəni layihələr Ulu Öndərin irsinin yaşadılmasına böyük töhfə verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun fəaliyyəti Azərbaycanın qlobal aləmdə humanizm və mədəniyyət mərkəzi kimi tanınmasına xidmət edir.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf yolunu uğurla davam etdirərək regionun lider dövlətinə çevrilmişdir. Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi gücün artırılması, hərbi qüdrətin təkmilləşdirilməsi və sosial rifahın yüksəldilməsi Heydər Əliyev ideyalarının müasir mərhələdə ardıcıl icrasının bariz nəticəsidir.Tarixi həqiqət budur: Heydər Əliyevin müəyyən etdiyi inkişaf modeli bu gün də Azərbaycanın tərəqqisinin, sabitliyinin və uzunmüddətli strateji hədəflərinin əsasını təşkil edir".

Oxşar xəbərlər

Bütün xəbərlər