Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

ADNSU “AICC CASPIAN 2025”də təhsil və tədqiqat tərəfdaşı kimi iştirak edir

Dekabrın 9-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ev sahibliyi ilə Aktivlərin Bütövlüyü, Koroziya və Örtüklər Konfransı və Sərgisi (AICC CASPIAN 2025) öz işinə başlayıb.

TƏHSİL.BİZ xəbər verir ki, üç gün davam edəcək konfransda 14 ölkədən sahə üzrə dünya liderləri, şirkət rəhbərləri və texnoloji bütövlüyün idarə olunması ilə bağlı mütəxəssislər bir araya gəlib.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də təhsil və tədqiqat tərəfdaşı kimi konfransda iştirak edir. Açılış mərasimində iştirak edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov konfransın təhsil tərəfdaşı kimi mükafata layiq görülüb.

Konfrans çərçivəsində ADNSU-nun rektoru dosent Rüfət Əzizov “Hasilat üzrə bütövlüyün idarə edilməsi: Neft və qaz sektorunda inkişaf edən strategiyalar üzrə empirik tədqiqatın nəticələri” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında Xəzər dənizi hövzələrində texnoloji bütövlüyün idarə olunması ilə bağlı 6 ay ərzində 108 mütəxəssisin iştirakı ilə aparılan tədqiqatın nəticələrini təqdim edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Konfransın ilk günündə “Rəqəmsal innovasiya vasitəsilə boru kəmərinin bütövlüyünün artırılması” mövzusunda keçirilən panel müzakirələr ADNSU-nun Elektrik-elektronika və sənaye mühəndisliyi üzrə proqram rəhbəri Mahmud İsmayılovun moderatorluğu ilə aparılıb.

ADNSU konfrans çərçivəsində təşkil olunan sərgidə də öz stendi ilə təmsil olunur. Burada universitetin fəaliyyətini əks etdirən çap materialları, Azərbaycan və ingilis dillərində hazırlanmış broşürlər, neft və sənaye sahəsinə dair kitablar, eləcə də universitetə aid müxtəlif məhsullar nümayiş etdirilir. Sərgi ziyarətçilərinə ADNSU haqqında ətraflı məlumat təqdim olunur.Qeyd edək ki, üç gün davam edəcək aparıcı sənaye tədbiri aktivlərin bütövlüyü, koroziyanın idarə edilməsi və qoruyucu örtüklər sahəsində ən son yenilikləri, mövcud çağırışları və ən yaxşı təcrübələri müzakirə etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən ekspertləri, texnologiya liderlərini və yüksək səviyyəli rəhbərləri bir araya gətirib. Tədbirdə müasir innovasiyalarla yanaşı, uzun illər sınaqdan keçmiş ən yaxşı təcrübələr də nümayiş olunur. Konfransda 500-dən çox nümayəndə, 50-dən çox ekspert-məruzəçi və 35-dən çox sərgi iştirakçısı təmsil olunur.

Oxşar xəbərlər

Bütün xəbərlər